Oğru
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 13:14 01 avqust 2015 tarixində əlavə olunmuşdur

Zaman keçir,

Yarışdadır aylar, illər.

Bir-birini qovmaqdadır,

ötən günlər.

Hər nə qədər dönə dövran,

Unudula ötən zaman,

Sənli anı unutmadım.

Mən zamandan

bizə aid hər bir anı oğurladım.

Oğurladım,

saçlarına vaxtsız düşən

hər dənini,

Oğurladım,

gözlərində mirvaritək düyünlənən

göz nəmini.

Oğurladım ürəyindən

kədərini, dərd-qəmini.

           

İllər keçdi...

Xəyal oldu, xülyalar da

və də sonda,

Keçmişində azıb qalan,

Xəyal içrə çaşıb qalan,

Ürəyindən parçalanan,

Tək mən oldum.

Bütün kədər məni qaldı,

Mənim adım,

Oğruluqla damğalandı.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+7=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0373 saniye