Ola bilməz
Könül bir gözələ vurulub yenə,
Bu dünyada ona tay ola bilməz.
Xasiyyətdə onun kimi gülərüz,
Bütün gözəlləri say,ola bilməz.
***
Düşdüm həsrətinə nə vaxtdan bəri,
Unuduram görən kimi dərd-səri.
Necə vəsf eyləyim mən o dilbəri?
Onun kimi gözəl ay ola bilməz.
***
Mövludam,yolunda qəm-kədər yedim,
Canımı eşq üçün fəda eylədim.
Çəkdim imtahana-ayrılaq dedim,
Dedi ki,ürəkdən pay ola bilməz.
28.10.1984.Zərdabi.(Mövlud Ağamməd)