Ola Bilməz
Ramin Hüseynsoy tərəfindən "Şeir" bolməsinə 01:21 21 iyul 2015 tarixində əlavə olunmuşdur

Kafir qızı heç vaxt mənə yar ola bilməz,

Yar olsa belə, qəlbimə dildar ola bilməz.

 

Fəth eylədi könlüm evini mavi gözləri,

Huşyar olan bir daha huşyar ola bilməz.

 

Kim sevsə yarın, əsla xəyanət edə bilməz,

Çıxsa bivəfa, sevgisi təkrar ola bilməz.

 

Pak eşq ilə insan ucalır ali məqama,

Sevgi elə güldür ki, solub xar ola bilməz.

 

Qurbanlığa can istəsə o sevgili canan,

Tarxani, bu ricaya heç inkar ola bilməz.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+30=
Hesaba giriş
Müəllif

Ramin Hüseynsoy
Haqqında
Şair,yazar,dramaturq
Əlaqə
E-mail:
ramin.huseynsoy@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0255 saniye