Ola bilməz
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 09:11 13 iyul 2026 tarixində əlavə olunmuşdur
Tikan olsa gər ətrafı, gülə hiddət ola bilməz
Ruhdan gələn vəcd-ü halı bölə cinnət, ola bilməz

Susdurunca bilməzmisən iztirablar üstün gələr
Sükunətdə itmək qədər dilə şiddət ola bilməz

Boşaldıqca dolar kəmlər, nə beyhudə deyil qəmlər,
Nə də bunca ötən dəmlər yelə müddət ola bilməz

Sanma rah-i naz seçmişəm, nə bu yöndən az keçmişəm,
Nə də səndən vaz keçmişəm - ölə himmət, ola bilməz

Sorsan nədən mübtəladır bir salama səndən gələn,
Sığal çəksə hər məxluqat, hələ riqqət ola bilməz

Ki ənamın olsun mənə Həqdən gələn ol nəvaziş
Hər bəndəyə xaliqindən belə diqqət ola bilməz

Lazım, sən ki hər duyumdan təam aldın, bir duyğu yox:
Unutdursun ol məşuqu - elə qüvvət ola bilməz

... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+18=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0293 saniye