Aman Allah,bu nə zaman yaşayırıq,
İnsan olan kəsdə neçə sifət olar?
Hansı era,hansı dövran yaşayırıq,
Burda bir cür,orda bir cür qiymət olar?
***
Yaltaqlığın dərəcəsi ölçülməzdir,
Vicdan,namus,bunlar sənə keçilməzdir.
And içirsən,sənin andın içilməzdir,
İkiüzlü,bu qədər də qeybət olar?
***
Harada aş,sən orada baş-gəzirsən,
Sanki qara,göyərməyən daş-gəzirsən.
İstəsən lap həddini də aş-gəzirsən.
İnsan haqda bu qədər söz-söhbət olar?
***
Elə bil ki,bir-biriylə yarışırlar,
Utanmadan hər bir işə qarışırlar.
Çoxdandır ki.barəndə pis danışırlar,
İnsanlığa bu qədər də nifrət olar?
***
Necə düşmək olar gülünc vəziyyətə,
Sən kimilər.nöqsan,ləkə cəmiyyətə.
Heyfin gəlsin çəkdiyin bu"əziyyət"ə,
Yaxşı düşün.sonra sənə töhmət olar.
***
Belə insan görməmişəm mən ömrümdə,
Çətin,Mövlud,bu dünyaya gələ bir də.
Bir məna var müdriklərin haqq sözündə-
Əməlinə tövbə et ki,bəlkə,yerin Cənnət olar
2.07.2014.Zərdabi.Mövlud Ağamməd.