oldu
Fərrux Rəhimli tərəfindən "Şeir" bolməsinə 15:33 07 noyabr 2013 tarixində əlavə olunmuşdur

Gör nə gözəl cəmiyyətdi 
Çətin işi asan etdi 
Çox tülkülər həccə getdi. 
Meymunlar da zahid oldu. 

Quru yandı yaşa keçdi 
Aslan,dovşan qoşa keçdi 
Rüşvət verən başa keçdi. 
Rüşvət alan igid oldu. 

Çox işlərin çıxıb ağı 
Tısbaga saymır canağı 
Xoruzların banlamağı 
Qoyunlara öyüd oldu. 

Qurbağalar artıb yaman 
Qar-qar edirlər lüt üryan 
Ingiliscə qarıldayan 
Dəbə mindi lap xit oldu. 

Canavar da diplom aldı 
Şirlə birgə o kök saldı 
Dovşan indi generaldı 
Çubuş qalxdı zabit oldu.


... dəfə oxunub
Qiymət: 9/10(18 səs)
[qiymət ver ]
Şərh yaz
7+30=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.021 saniye