Oldum mail.... (Dahi Füzulinin ruhu qarşısında baş əyirəm....)
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 09:37 28 yanvar 2016 tarixində əlavə olunmuşdur

Oldum mail....

(Dahi Füzulinin ruhu qarşısında baş əyirəm....)

Qar altından boylanmışam.
Bənövşətək,qara mail.
Hardan hara yol almışam,
Oldum yoxdan vara mail.
***
Qara bəxtim oyanmadı,
Kərəm yandı,o yanmadı.
İndi üzüm o yanadı,
Oldum ağa,qara mail.(1)
***
Qəmim pünhan,dərdim pünhan,
Açılmayan dər"dim,pünhan,(2)
Gül bağından dərdim pünhan,
Oldum necə xara mail.
****
Usanmadım cəfasından,
Doyammadım vəfasından.
Yoxdu əlac dəvasından,
Oldum ahu-zara mail.
****
Eyləməyin mənə tənə,
Mövlud düşər dərdə yenə.
Can qurbandı can deyənə,
Oldum quran yara mail.

1-qaraya
2-dər idim

10.04.2015.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+11=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0285 saniye