ÖLDÜRƏR MƏNİ
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 23:30 18 dekabr 2014 tarixində əlavə olunmuşdur

Danışma dərdini, dərdim oyanır,

Danışma bu həsrət öldürər məni.

Fəryadından yaralarım qanayır,

Danışma bu həsrət öldürər məni.

 

Söyləmə ayrılıq anını nolar,

Dayanmaz bu ürək, tarımar olar,

Küləyim od olar, bulud ah olar,

Danışma bu həsrət öldürər məni.

 

Hər gün bir azca darıxacaqsan,

Sonra xəyalıyla uyuyacaqsan,

Tez – tez ürəyinlə dalaşacaqsan,

Danışma bu həsrət öldürər məni.

 

Özüm baxışıma həsrət qalmışam,

Eşqin oyununa mən də qanmışam,

Alovu özümə vüsal sanmışam,

Danışma bu həsrət öldürər məni.

 

Ağlama, göz yaşım içimə axır,

Sevdamı taleyim başıma qaxır,

Içimi yandırır, çölümü yaxır,

Danışma bu həsrət öldürər məni.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+23=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0311 saniye