ÖLƏM QOLLARININ ARASINDA MƏN
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 03:29 29 iyul 2023 tarixində əlavə olunmuşdur

Hərdən sızıldayan yanıqlı diləm,

İstərəm səninlə danışıb güləm.

Deyirəm həmişə yaşaya biləm,

Gözünün ağında, qarasında mən.  

 

Sevgisiz göyərməz yarpaq da, dən də,

Səsləsən heç zaman durmaram gendə.

Özüm də bilirəm sənin sayəndə,

Gəzirəm aşiqlər sırasında mən.  

 

Adın dilimdədir hər vədə, hər dəm,

Əgər sən varsansa, tapmaz məni qəm.

Səsləsən quş kimi uçub gələrəm,

Olsam da dünyanın harasında mən.  

 

Ürəyim-canımsan, bunu, nə danım,

Üzünə baxanda qaynayır qanım.

Sənin gözlərindən keçib dayanım,

Görəsən qəlbinin harasında mən?  

 

Eşqindir zirvədən gələn səsim də,

Hər vaxt yamyaşılsan sən həvəsimdə.

Deyirəm, nolaydı son nəfəsimdə

Öləm qollarının arasında mən.  

 

MÜƏLLİF: SEYMUR SÖNMƏZ PAŞAYEV©


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+38=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0319 saniye