Ölən oğlundan məktub gəldi
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 22:28 11 iyul 2015 tarixində əlavə olunmuşdur

Pencəyini əyninə keçirdib ayna qarşısında dayandı. Öz əksinə tamaşa edincə gözlərindən yanaqlarına damcılar yuvarlandı. Yeganə övladı aynadan canlanaraq ona baxırdı. Əgər oğlu QİÇS-dən dünyasını dəyişməsəydi, yaşlandıqca eynən ona oxşayacaqdı. 10 ildir ki, həyatdan vaxtsız övlad acısını qəlbində daşıyırdı. Həyat yoldaşı ona səslənəndə tələsik göz yaşlarını silib yataq otağından zala daxil oldu. Masa arxasında əyləşib ona gülümsünürdü. Stulu çəkib yerini tutduqdan sonra çörəyə yağla bəhməz yaxıb dişdəm aldı. Həyat yoldaşı alçqeymerdən əziyyət çəkirdi.

Qol saatına nəzər yetirdi. Vaxt daralırdı. Çaydan qurtum alıb ayağa qalxdı. Həyat yoldaşının alnından öpəndə xəstə qadının təəccüblü baxışlarına gözlərini eynən onun kimi böyüdüb gülümsədi. Qapının zəngi çalındı. Poçtalyon onu görcək dərindən nəfəs dərib sanki illərin itkinini tapmış kimi təbəssüm etdi.

-Dayı, düz 10 ildir ki, gəlirəm, evdə heç kim olmurdu,-gözləri ilə şikayətini daha açığa vurdu.-Buyurun,-deyib imza üçün uzatdı.

Heç nə anlaya bilmirdi. Axı kimdən ola bilərdi? 10 il! Zərfi elə qapı ağzındaca açıb oxumağa başladı. Elə ilk sətirlərində kağız tutan əli titrəməyə başladı. Oğlu yazırdı: “Bir müddət ayrı qaldıq, danışmadıq. Səndən gələcək xəbərləri və yolunu gözləyirəm ata.”

Əli ilə qapı çərçivəsindən yapışdı ki, yıxılmasın. Nitqi tutulmuşdu...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+25=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0364 saniye