ÖLƏSİM GƏLDİ
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 22:56 24 yanvar 2015 tarixində əlavə olunmuşdur

Bir ümid özünü yetirdi  mənə,

Gizlicə ruhuna köçəsim gəldi.

Xəyalım qoxunu gətirdi mənə,

Qoxlayıb ruhuma çəkəsim gəldi.

 

Səni zərrə - zərrə əkdim könlümə,

Sənsiz xəyalları bükdüm könlümə,

Dilimdən atəşi tökdüm könlümə,

Yanıb da kül olub sönəsim gəldi.

 

Dəli bulud kimi olmuşam tutqun,

Solğun çiçək kimi dünyadan yorğun,

Sığınıb eşqinə sakitcə susqun,

Gəlib də qəlbində öləsim gəldi.

 

 


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+15=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0257 saniye