Ölkə rəhbərliyi köpəyi turizm səfiri təyin etdi
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 13:42 21 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bu it o qədər məşhurlaşdı ki, ölkə rəhbərliyi həmin köpəyi turizm səfiri təyin etdi.

Qəribə hadisə dünyanın ən inkişaf etmiş ölkələrindən biri Yaponiyada qeyd alınıb.  8 yaşlı şiba inu cinsindən olan köpək  Mie prefekturasının rəsmi turizm səfiri vəzifəsinə gətirilib.

Yaponiya tarixində ilk dəfədir ki, həmin vəzifəyə insan olmayan bir canlı təyin olunur. İtin səfir elan edilməsinin isə bir sıra maraqlı səbəbləri var.  Maru adlı köpək sadəcə Yaponiyada yox, hətta bütün dünyada çox sevilir. Həmin it o qədər tanınır ki, okeanın o tayından-Amerikadan belə turistlər bu köpəyi görmək üçün yaponiyaya səfər edir.

Nəzərə alsaq ki, turizm səfiri təyin olunan itin instaqramdakı fanatlarının sayı 2 milyonu çoxdan keçib, deməli,  tanınmamış bir adamdansa, bu məşhur köpəyin yüksək vəzifəyə təyin olunması daha məqsədyönlüdür- yaponlar belə düşünür.

Yaponiya rəsmilərinin sözlərinə görə, adi halda ölkəyə turist cəlb edən  Maru, səfir təyin olunduqdan sonra turizmi daha da canlandıracaq. Hətta Böyük yeddilik sammitinə ev sahibliyi etməyə hazırlaşan Yaponiyada, zirvə görüşü ərəfəsində Maruya görə gələn turistlərin sayının daha da artacağı  gözlənilir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+22=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.029 saniye