Olmasın
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 17:44 30 aprel 2016 tarixində əlavə olunmuşdur

Oğul,məndən sənə olsun əmanət,
Elə yaşa,üzün qara olmasın.
Şüar olsun sənə haqq və ədalət,
Məsləhətə gedim hara,olmasın.
***
Özün qazan şöhrətini,şanını,
Naxələflər kəsməsin dörd yanını.
Dost yolunda fəda elə canını,
Səndən ötrü düşüb dara,olmasın.
****
Atan sənin xoş gününü arzular,
Şad gününü,düyününü arzular.
Muradına yetiş,keçsin arzular,
Vurmayasan qəlbə yara,olmasın.
***
Arzususan,diləyisən atanın,
Görən gözü,ürəyisən ananın.
Yan halına sən halına yananın,
Səndən ötüb də dostlara dəyməsin.
****
Çoxdu sənə ürəyimdə nəsihət,
Həm sədaqət,həm də ülvi məhəbbət.
Saxlamagil qəlbində kin,ədavət,
Mövlud düşər ahu-zara,olmasın...

5.07.2014.Zərdabi.Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+13=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0225 saniye