olmayacam
daha şair olmayacam.
sənə həsr olunan,
şer olmayacam.
kimisi dəli,kimisi yalqız dediyində,
kimlərinsə dediyi və.s olmayacam.
birdəfəlik olmayacam...
şad günlərdə xoş,
qəm günlərdə qəm,
adi günlərdə sərxoş olmayacam..
birdəfəlik olmayacam..
daha dəm olmayacam..
Həvvaya Adəm olmayacam..
susuz səhralarda gəzən,
qızıl axtaran sərasəm olmayacam..
sənin həsrətinlə mən olmayacam..
sevginlə bütövləşib,
yarımçıq bədənində,
səninlə sən olmayacam.
birdəfəlik olmayacam...
düşüncələr uçurumunda,
qalanda tozlar altında,
sənə həmdəm olmayacam..
birdəfəlik olmayacam..
qonanda divarına,
yaralı kəpənəklər.
kor olanda qaranlığa,
sənə şəm olmayacam.
birdəfəlik olmayacam.
olmayacam,olmayacam.