OLMAZ OLSUN
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 17:10 13 iyun 2014 tarixində əlavə olunmuşdur

Olmaz olsun

 

Qəm-qüssənin gözü görməz heç kimi,

Yandırıb yaxacaq ələ keçəni,

Nə yoxsul tanıyar, nə də zəngini

Sonu hicran olan eşq, olmaz olsun.

 

Ömrünü çürütmə, çalış xoş yaşa,

Döndərmə baharı sazaqlı qışa,

O xəyal ki səni aparar boşa,

Onun qanadından düş, olmaz olsun.

 

Gözünün yaşını al-qan eyləyən,

Dərdlə əlbir olub tüğyan eyləyən,

Nadanı özünə sultan eyləyən

Ürəyi neştərlə deş, olmaz olsun!


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
3+32=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0366 saniye