Olmaz!
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 11:52 23 dekabr 2014 tarixində əlavə olunmuşdur

Bir qrup imansıza hər şey, bütöv topluma heç nə, belə olmaz, belə yaramaz! Cəfanı məzluma, səfanı zalıma pay-puş etmək olmaz, heç olmaz! Namussuza fürsət verib yuxarı başa keçirmək, ismətlini küncə qısmaq olmaz, heç yerinə düşməz! Olmazı ol edib, Allaha asi çıxmaq heç,heç olmaz! Yarım kasa şorbaya simasızlaşmaq, imansızlaşmaq olmaz, heç yaxşı düşməz! Sözlə çürük varlıqlara bəzək vurmaq, sözlə gözə boyat sürmə çəkmək olmaz, heç olmaz! Donuz başlı, qarğa səsli, tülkü xislətli, goreşən sifətlini pələngə çevirmək olmaz, heç yerinə oturmaz! İşsizi işsiz,evsizi evsiz, vətəni - daşsız qoymaq olmaz,heç olmaz! Ünvanına yan alan yardımları ünvansız pozağanlara yönəltmək olmaz, insafdan deyil,heç olmaz! İnsafdan kəm, imandan yoxsul, Allahdan uzaq  vicdansıza kürsü verib, xalqı bu, danqalaq varlığın ümidinə buraxmaq heç olmaz, vallah olmaz! Kamilləri  cahillərə, alimləri  naqislərə, müdrikləri ödüklərə həvalə etmək heç olmaz, qətiyyən! Ziyankarı ziyalıya, fitnəkarı sənətkara yaxın buraxmaq olmaz, heç olmaz! Şalqunları şair məclislərinə, xainləri ərdəmlərin arasına salmaq olmaz, heç olmaz! Qanqalları güllər arasına əkmək, çaqqalı aslanla bir qəfəsə salmaq, donuzu başlı-başına buraxmaq olmaz, heç olmaz! Çirkli sular təmizə qarışmadığı kimi, yaxşı da, yamana qarışmaz. Nə qədər murdarı pakla qarışdırsan da, olmaz, heç olmaz,alınmaz...

 İstənilməyən olmazları ol edənlər, varlıqda yoxluq kimi bir şeydir. Mayası lax, hüceyrələri çürük, qanı laxta, içi saxta olan biri, olmazı ol edə bilməz! Təməli olmayan binə suvaq tutmadığı kimi onların da, imanı haqqa tapınmaz, cismi və ruhu Allaha sığınmaz. Bu cür yaşamaq, belə həyat sürüb sürünmək  və pisliklərə sürtünmək olmaz, heç olmaz, vallah yaramaz!


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
7+9=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0256 saniye