**OLMAZ**
Uzatsan da hər nə qədər,
İt quyruğu ki sim olmaz.
Bu dünyanı çox gəzsəm də,
Dərviş kimi dərsim olmaz.
***
Ocaq yanır,köz istəmə,
İstisinə döz,istəmə.
Arif olan,söz istəmə,
Nadanlara him-cim olmaz.
***
Düşdük yağı davasına,
Oynadıq yad havasına.
Bəlkə,öz yurd-yuvasına
Çatacaq bir qismim,olmaz?
***
Qaçqın düşdü tən yarısı,
Həm qocası,həm qarısı.
Açılmaz ki bəxt qapısı,
Açıl qapı,"sim-sim",olmaz.
***
Mövlud,dərdin çətin bitər,
Bir xəyaldır,gözdən itər.
Dedilər ki,bəsdir,yetər,
Tutdu yenə tərsim,olmaz.
7.06.2014.Zərdabi Mövlud Ağamməd.