Olmur-Təbriz Əli
Təbriz Əli tərəfindən "Şeir" bolməsinə 18:33 01 noyabr 2014 tarixində əlavə olunmuşdur

Ahəstə danışır bu bədəndə dil,
Sanki bu gözəllik ürkməsin deyir.
Bədənə,ruhuna naz edən sözlər
Heç kəsi qırmayıb,dəyməsin deyir.

Bu elə məsələ... tez coşma deyir.
Cavabı çözülmür,susma da deyir
Yaradan yaratdıgı bu gözəl məhfuma,
Uzaqdan səssizcə baxma da deyir.

Əlbəttə susmayıb danişmaq olmur,
Qəlbində olanı həbs etmək olmur.
Hər kəsə dərdini deyib-danişmaq,
İnan ki vergül tək əyilmək olmur.

Təbriz Əli 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0323 saniye