zaman var donub,
heç nəyi danışmır.
susub.
əqrəblər xoşbəxtliyin tamamında, dayanmır,
bədbəxtliyə beş dəqiqə işləyir.
saatlar var necə gəlir,
necə gedir bilinmir.
getdiyi zamanda qoyduğu xəttlər,
silinmir.
hər saniyənin vurduğu anda,
hərəkətdə olan kütlə və tək olan sən varsan.
kütlənin suallar altında susduğu anda,
onlara cavab olan sən varsan.
bir əqrəbsən,
özün-özünü tamamlayırsan.
mən bir saat və zamanam,
sənsizliyi saymaqdan yorulmuşam,
qırıq-qırıq kədərə vururam,
eyni anları özümə qaytarıram.
əqrəblər sancılır sinəmə.
və bir gün
zamanım asır özünü divardan
saatım intihar edir..
və mən uçulmuş bir otaq oluram.