"Olubdu..."
Gülüm,sənin nə vədədir,göz yaşın
Selə dönüb,əbri-neysan olubdu.
Sevən qəlbin eşq oduna düşəli
Yanaq solub,zülf pərişan olubdu.
****
Bəlkə illər keçsə,ötsə də yenə
Bu tənhalıq sıxır səni,desənə.
Bir həmdəmin ,can yoldaşın gələnə
Bu sevdadan ürəyin şan olubdu.
***
Xəyal ilə keçir günün,dərbədər,
Düşür yada xatirələr,ah,nələr.
Ötən hər gün yaman uzun--il qədər,
Günlərinə il qarışan olubdu.
****
Mövlud deməz bu,ötəri həvəsdi,
Keçib gedər,ahu-fəğan da bəsdi.
O dildarı unutmağın əbəsdi,
Tez küsüşüb.tez barışan olubdu.
26.06.2014.Zərdabi.Mövlud Ağamməd.