“Ölüm – bütün səylərin sonudur” – Umberto Eko
Aysel Məhərrəmova tərəfindən "Məşhurlar" bolməsinə 12:12 27 dekabr 2014 tarixində əlavə olunmuşdur

Umberto Eko 5 yanvar 1932-ci ildə İtaliyanın Alessandriya şəhərində anadan olub. Umbertonun babası atılmış uşaq olub və o dövrdə İtaliyada qəbul olunmuş qaydaya görə ona Ех Caelis Oblatus (yəni “Allahın bəxşişi”) ifadəsinin abreviaturasını soyad kimi veriblər. TurinUniversitetində orta əsr fəlsəfəsivə ədəbiyyatını öyrənib. Təhsil aldığı zaman ateizmi qəbul edir və Katolik kilsəsini tərk edir. 1954-cü ildə Turin Universitetini bitirir, tarix və jurnalistika ilə məşğul olur, televiziyada çalışır, qəzetlərdə şərhçi kimi işləyir. U.Eko Milan, Florensiya, Turin universitetlərində estetikadan və mədəniyyət nəzəriyyəsindən dərs deyib. Bolonya Universitetinin professoru, fransız Fəxri Legion Ordeninin kavaleridir. U.Eko həmçinin Ceyms Bondla bağlı məsələləri öyrənən bondalogiya sahəsinin qəbul olunmuş ekspertidir.

Məşhur sitatları:

İnsan Allaha inanmayanda heç bir şeyə inanmadığını göstərmir, hər şeyə inandığını göstərir;

Özüm üçün yazıram deyənlərə inanmayın. Özünüz üçün yazdığınız ancaq alver siyahısıdır;

Ölüm - yolçunun dincəlməsi, bütün səylərinin sonudur;

İnternetə, ünsiyyət vasitələrinin qloballaşmasına rəğbət üzündən itirilmiş ilk şey sərhəd anlayışıdır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+32=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
meherremova115@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0429 saniye