“Ölüm vadisi”ndə baş verən möcüzəli hadisələr öz anomallığı ilə çox məşhurdur. Sirrinin açılması mümkünsüz olan bu anomal hadisələr suyu qurumuş Reystrek – Playya gölündə baş verir.
Bu göl ABŞ-ın Koliforniya ştatının Los-Ancelos şəhərinin yaxınlığında yerləşir. Suyu qurumuş gölün dibində qalın gil qatı vardır. Gilin üzərindəki iri, ağır daşlar öz- özünə hərəkət edərək, yerlərini dəyişirlər. Bu yerdəyişmə zamanı daşlar arxalarınca dərin izlər buraxırlar. Təəccüblü olan digər bir məsələ də odur ki, bu daşların ən kiçiyinin çəkisi 30-40 kq, ən irisinin isə çəkisi 700-800 kq-dır. Həmin bu daşlar hərəkət edərək, hər dəfə arxasınca 100-120 iz buraxaraq, yerlərini dəyişirlər.Çəkisi 700 kq-dan artıq olan daşların biri isə arxasınca 250 metrlik dərin bir iz qoyaraq yerini dəyişmişdir.
Geoloqlar uzun illərdir ki, bu möcüzənin üzərində araşdırmalar aparırlar. Tədqiqatçılar daşların hərəkət etməsini müxtəlif cür izah edirlər. Bəzilərinin fikrincə daşların sürüşərək yerdəyişməsinə səbəb – güclü küləklərdir. Bəzilərinin fikrincə isə daşların hərəkət edərək yerdəyişməsinə səbəb - güclü qasırğalar və tornadolardır... amma sonralar bu versiyaların yalnış olduğu məlum oldu.
Sonralar bu təbii hadisə NASA- nın məşhur alimi Ralf Lourensi də maraqlandırmışdır. O aydınlaşdırmışdır ki, gölün meteoroloji şəraiti Saturnın peyki olan Titanla çox oxşardır. Alim öz mətbəxindəcə bir tərcümə aparmışdır. R. Lourens bir soyuducu kamera almış və çox böyük olmayan bir daşı su ilə doldurulmuş bir qaba qoymuşdur. Daşın yalnız baş hissəsi sudan çıxırmış. Daha sonra o, bu qabı soyudusunun dondurma kamerasına qoyur. Su daşla bərabər donub buzlaşdıqdan sonra, onu çıxarıb qumla doldurulmuş bir qaba qoyur və üfürməyə başlayır. Buzlaşmış daş qumun üzərində sürüşərək hərəkət etməyə başlayır və arxasınca dərin iz qoyur. Edilmiş təcrübə göstərir ki, qış aylarında daşlar buz bağlayır və sonra əriməyə başlayır. Əsən küləklərin təsiri nəticəsində daşlar sürüşərək hərəkər edir, yerlərini dəyişirlər...
Bu daşların yerdəyişməsi ilə bağlı ilk elmi araşdırmalar 1940-50-ci illərdə aparılmış və daşların hansı səbəbdən hərəkət etməsinin sirri dəqiqləşdirilməmişdir. Bu haqda müxtəlif versiyalar irəli sürülmüş və həmin versiyalar sonradan iflasa uğramışdır. Daha sonralar isə bir çox alimlər daşların hərəkət etməsinin sirrini maqnit sahələri ilə əlaqələndirmişdilər, amma doğruluğu sübut edilməmişdir. Daşların sürüşərək hərəkət etməsini, gölün dibindəki gilin çox nəmliyi ilə də əlaqələndirənlər olmuşdur. Belə ki, guya, yağıntılı aylarla gölün dibindəki gil qatı nəmlənir və sürüşkən olur. Küləyin təsiri nəticəsində də daşlar sürüşərək hərəkət etməyə başlayır. Bu yerlərdə güclü küləklər olur və küləyin sürəti saniyədə 150 metrə çatır. Amma bu versiya da öz təsdiqini tapmamışdır.
Qeyd etmək lazımdır ki, tədqiqatçılar tərəfindən irəli sürülən versiyaların daha uyğun gələni R.Lourensin versiyasıdır !!!
Müəllif: Orucova Jalə