Ölüm Əzrayılın eşq etirafı
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 13:34 26 aprel 2012 tarixində əlavə olunmuşdur

Bir ölüm nəfəsi üzümə dəydi
Mən axı belə tez ölməməlidim
Əzrayıl belə tez gəlməməliydi
Bəlkə mən ölümə gülməməlidim?...

Bu qədər asanmı? "Ölürəm, öldüm..
Gedirəm. Bəlkə də heç görüşmədik"
Ömrümü nə zaman, kiminlə böldüm?
Bəlkə onda qaldı, heç bölüşmədik

Bu ölüm beləcə gəlməyəcədi
Hələ yaşanacaq neçə arzu var
Əzrayıl məni heç sevməyəcəydi
Bəlkə mən ölsəm də arzular yaşar...

Ölüm Əzrayılın eşq etirafı
O sayın itirmiş, mən birincidə
Eşidib ömründə ilk etirafı
Ürəyim az qalır onunla gedə...


... dəfə oxunub
Qiymət: 8/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
9+19=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0248 saniye