olum ya ölüm...
Sən An tərəfindən "Şeir" bolməsinə 00:10 30 aprel 2016 tarixində əlavə olunmuşdur

***
bir də,
qaranlıq çökər bu şəhərə
ümidlər qaçıb gizlənər hər küncdə
zibil qabları ac-yalavac 
pişiklərin evi olduqca
bir it də tox qarnına uzanar 
sahibəsinin qucağında.

səhər saatlarında 
günəşin hələ doğa bilmədiyi vaxtda
ağrılar sancılar küçələrə
külək yaladıqca 
sovurdurca ağrıları
süpürgəci qadın dua edər allaha
tələsər,
tələsər evinə

***
yuxusuz gecələrin sabahından doğan günəş 
çökdürər bir adamın içinə təkliyini
gücün də çatmaz başını qaldırmağa
əllərin də möhürlənər ciblərinə

saata baxmazsan
heç bir yerə tələsməzsən
hərdən avtomobillərin siqnal səslərinə
diksinərsən
öləziyən addımlarla yolu keçərsən

səkinin o biri tərəfində addımladıqca
bir az da öz-özünə fikirləşərsən
olum ya ölüm...


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+9=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye