Ölüm.
cəmilə tərəfindən "Hekayə" bolməsinə 15:43 30 iyun 2014 tarixində əlavə olunmuşdur

"İnsanları ancaq səndən getdiyi gün tanıya bilərsən" demişdi anam son nəfəsində.Bilirdi ki, onsuz mən çox çətinlik çəkəcəm.Ətrafımdakı insanlar mı məni anlamır yoxsa başqa nə ola bilərdi ki bilmirəm.Hərdən düzünü desəm onun üçün də çox darıxıram.Etiraf etmək çətindir birşeyləri.Və mən bugün bunu gedib ona da deməliyəm.Aylardır getmirəm məzarına.Gedib bir baş çəksəm yaxşı olacaq.

Ayağa qalxıb bu düşüncələrlə yola düşdüm.Maşınım yenə xarab idi.Bu maşın onsuzda mən doğulan gündən xarabdır.Lənətə gəlmiş dövlət.Qaçıb gedə bilmədim bu xarabadan!Ən yaxşısı gedib avtobusa minməkdir.Evimiz şəhərdən uzaqda olmadığı üçün avtobus tapmaq daha asand oldu.Son anda evin qapısını açıq qoyduğumu yadıma salmasaydım hərşey daha yaxşı olardı.Geri döndüm.Lənət qapı, mən axı səni bağlamışam.Yox, yox mən getdikcə başımı itirirəm.Arxamda nəsə bir şey hiss etdim.O qədər qorxmuşdum ki, geri dönə bilmirdim.Nə olurdu görəsən?Arxamdakı cin ola bilməzdi.Bəlkə anamın ruhu kövrəlib mənim bu hallarımdan gəlib məni görməyə?!Gicləmə Kəmalə!Nə ruh?!Ruh olsa hiss etmərəm yəqin.Həm bu nəsə tüklü birşeydir.İlahi!Nədi bu?!Yavaşca arxama çöndüm.Balaca bir pişik balası.Necə də gözəldi?!Bunun burda nə işi var görəsən?!Axı mən anamın qəbrinə gedəcəkdim.Bəlkə də getməməliyəm.Yox, yox əvvəlcə bu pişiyə yemək verim elə gedərəm

Pişiyi rahatladıqdan sonra öz özümə deyinə deyinə avtobusa mindim.Minməyimlə düşməyim bir oldu əslində.Çünki birdən hiss etdim ki, üzərimdən pişiyin qoxusu gəlir.Utana utana aşağı düşdüm.Qərar verdim ki, piyada gedəm.Biraz düşüncəliydim.Səhər düşündüklərim,o pişik,anamın qəbrinə piyada getmək.Bunlar hamısı mənə işarəydi görəsən?!

Öz özümə danışa danışa məzarlığa gəlib çatmışdım.Bir də baxdım ki, anamın məzarı başında bir qız oturub.İlahi, anam yoxsa ölmədən qabaq atamı aldatmışdı?!Əslində yaxşı olub atama..Yüz dəfə deyirdim ki, o qadını boşa getsin.Bəlliydi belə olacağı.Yenə gicliyim tutdu.Lənət olsun.

-Sən kimsən?

-...........

-Niyə danışmırsan?

-...........

Qız deyəsən məndən qorxmuşdu.Üstünə tərəf elə gəldim ki, əslində bu normal idi.

-Sən kimsən?

-Nəhayət danışdın.Bu mənim anamdır, mən də onun qızıyam.Adım da Kəmalədir.

-Bağışlayın xanım.Üzr istəyirəm.Deyəsən səhv salmışam məzarı

-Xanım?!Balaca qız, eybi yox amma bir dahaki səfər diqqətli ol.

-Yaxşı, üzr istəyirəm.

Fikrim qızın geyimində idi.Bu bildiyimiz küçədə yaşayan qızlardan idi.Bu qız yalan deyirdi

-Dayan bir dəqiqə, deyib saxladım qızı.

-Sən kimsən?Yalan danışırsan.Sən məzarı səhv salmamısan.Nə istəyirsən anamdan və məzarından?

-Qolumu burax, canım yanır.Mən dedim axı səhv salmışam.Mən varamsa deməli anam da var.Geyimə görə anamın yoxluğuna necə qərar verdiz?

-Onda gedək ananla tanış et məni

-Yox olmaz.

-Niyə?

Çünki deyib dayandı durdu.Ağlamağa başladı.Özüm də qorxmuşdum.Yazıq qızı qorxutdum deyəsən

-Bağışla, məqsədim səni incitmək deyildi.Anamın məzarında nə işin var?

-Onun məzarını yeni tapdım mən.Aylardır bura gələn yox idi.Gəldim, buranı təmizlədim,hərgün çiçəklər qoparıb gətirirdim ona.

-Axı niyə?

-Ölümündən öncə sizin qapınıza gəlmişdim.Anan mənə çörək verdi,yedizdirib yatırtdı.Deyəsən sən yox idin, amma rəsmlərini görmüşdüm.Səhər heçnəyə toxunmadan çıxdım evdən.Amma doğma anam demişdi ki, içəri girib nəsə oğurlayım.Mənsə edə bilmədim.Öz anamdan görmədiyim doğmalığı gördüm onda.Bacarmadım.Həmin gecə anam məni döydü.Ağlıyaraq qapınıza gəldim və gördüm ki o ölüb.Öz dərdimi unudub onun  üçün gecələrcə ağladım.Hətta doğma anamın da yanına getmədim.Hərgün izləyirdim olanı bitəni.Amma kənardan.O qadına ölmədən onu sevdiyimi deyə bilmədən öldü o.Getdi.Ən çox da sənə əsəbləşdim.Onun kimi birinin qədrini bilmirdim.Hərgün gəlirəm onun məzarına.Səni gözləyirdi nə vaxtdı.Oturun dərdləşin

Qız bunları danışdıqca o qədər ağlamışdım ki, beynim keyimişdi.Sadəcə anamın məzarını qucaqlayırdım.Bir də baxdım ki, balaca orda yoxdur.Ətrafa göz gəzdirdim tapa bilmədim.Anamla dərdləşib evə qayıtdım.Qapını açan kimi gördüklərim məni daha da təəccübləndirdi.Aylardır axtardığım siçovulu balaca pişik yaxalamışdı.Bu kiçik pişik necə bacarmışdı anlamadım amma o an anlamışdım ki, kiçik hadisələr bizə həyatı dərk etməyimizə səbəb olur.O gündən bəri hərgün eyni zamanda balacamı da götürüb anamın məzarına gedirdim.O kiçik qızı isə bir daha heç zaman görmədim.Ondan geriyə qalan isə anamın məzar daşı üzərinə təbaşirlə yazılmış yazı oldu: "Haqqını halal et, ana.Mən sənə verdiyim sözü tutdum"


... dəfə oxunub
Qiymət: 3/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
9+24=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0294 saniye