Ölümcül sükut
Mehriban tərəfindən "Digər yazılar" bolməsinə 00:33 22 fevral 2015 tarixində əlavə olunmuşdur

Mən boş və qaranlıq otağın bir küncündə
dizlərini qucaqlıyıb ağlayan uşaq kimi. Heçlik və boşluqdan doğar əzablarım,qorxularım. Ruhum şizofren. Dəlilər kimi gülüb, sonra hönkürmək. Qaçmaq buralardan, ətrafdakılardan, qəbul etmədən heçnəyi, razılaşmadan,boyun əymədən. Qaçmaq özündən,sürəti artırdıqca anlamaq hara gedərsən get çiynindəki yük də sənlə gəlir. Bu qədər asand deyil ağrılar. Anlatmaq da çətindi. Bir bədəndə iki ruh, bir-birinin əməllərini görmür. Çiynimdə deyilmiş şeytan və mələk. İçimdəymiş. Susdurmaq. Öz içində bu qədər hayküy varkən ətrafdan birinin dediyi tək kəlmə belə toxunur sənə. Ağlını itirməti istiyirsən hətta . Dəli olmaq və bu həyatın ağırlığından qurtulmaq. Zəif olmaq istiyirsən. Mübarizə sənlik deyil və sadəcə sağ qalmaq istiyirsən. Zaman dayansa kaş. Böyüməsən. Ciddi olmaq,gözyaşlarını gizlətmək istəmirsən. Ölmədən intihar etmək istiyirsən. Bilirəm. Soruçma hardan. Gəl bura bəlkə biryerdə ağlıyaq


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+21=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
mehri.kerimova@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0219 saniye