Dünya bir gün deyil bilsən,beş gün onun qonağıyıq,
Qədrin bilək.gələn günün,bir gün onun sınağıyıq.
Qəribədir,bu zamanda ölüm necə adiləşib,
Qoca,cavan fərqi yoxdur.hər kəs onunla üzləşib.
Gecə-gündüz çalış-vuruş,dərdin olsun can yoldaşı,
Son mənzilin qara torpaq,soyuq məzar və başdaşı.
Ölmək üçün yaşayan kəs, dərk et sən bu həqiqəti,
Səndən sonra kim çəkəcək qazandığın o nifrəti.
Bəzən haqlı,bəzən haqsız töhmətlərin qurbanıyıq,
Nadanların ayağına düz gəlməyən yorğanıyıq.
Yaşamaqçün ölən kəslər əbədidir ürəklərdə,
Vətən üçün candan keçən çün yaşayar diləklərdə
27.06.2014.Zərdabi.Mövlud Ağamməd.