ölümə tələsənlər
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 03:16 20 sentyabr 2012 tarixində əlavə olunmuşdur

…tələsrik... səhərdən axşama qədər... bəzən də elə axşamdan səhərə... Problemlərimiz olanda axşama tələsirik, iş bitsin, ya tək ya da dostlarla bir az vaxt keçirim başım qarışsın... Bəlkə problemləri də keçirdiyim o vaxt həll etsin... zaman hər şeyi dərmanıdı deyirlər axı...

 

Axşamdan səhərə tələsirsən... bəzən tələsdiyindən necə yatmaq lazım olduğu belə yadından çıxır. Çarpayıda uzanıb sağa sola fırlanırsan... elə bil ömrün boyu heç yatmamısan... bu ilk dəfədir... bəlkə də haqlısan, axı heç vaxt belə xoşbəxt yatmamısan... həmişə vaxtı evə qədər qovub yorulmusan.. evə çatmağa, çarpayıya uzanmağa da macal tapmamış yuxulamısan... bəzən elə masanın arxasında... bəzən televiziya qarşısında... o qədər problemim olduğu halda elə rahat yatırdın və budur xoşbəxtsən... yata bilmirsən... vaxtın keçməsindən, yatsan səhər oyananda hər şeyin başqa cür olacağından, sən yatanda kiminsə gəlib xoşbəxtliyini alacağından qorxursan bəlkə...

 

vaxt öldürürük bəzən tələsərək... öldürdüyümüz vaxt bir gün bizim özümüzü öldürür... ama ölüm yaxınlaşanda artıq tələsmirik... zamanın dayanmasını, vaxtın keçməməsini istəyirik... tələsərkən fərqində olmadığımız zaman bizi ölümə aparır... Vaxtı qova-qova sona yaxınlaşırıq... vaxt da sona çatır...

 

həyata, xoşbəxtliyə tələsdiyimizi düşündüyümüzdə əslində ölümə tələsirik...


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+18=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0361 saniye