Ölünün yuxusu
O ölmüşdü.Çox sadə bir ölüm olub, gecə yatıb səhər yuxudan oyanmayıb, görüblər ki, nəfəsi gəlmir,həkim gəlib ona ölüm diaqnozu qoyub.Həm də belə cavan iyirmi beş yaşda qəfil ölümü bir az anlaşılmaz oldu.Heç kim onun vəfatına inana bilmirdi. Bütün yaxınları ,ailəsi, qohumları, tanıdıqları və tanımadıqları yas mərasiminə gəlmişdi.
Bu ölümün bir şeyi yaxşıdır ki, baxmır eyy kimsən , nəçisən, dinin, dilin, milliyətin nədir? “Day-dayın” var, yox, ?! O elə şeyləri bilmir, gəldi aparır. Canlısansa, buna məhkumsan.Nə oldu eyy, sən dünyaya gələ bilirsən, getməyi bilmirsən? Xeyir ola?!..Bu dünyanın “sahib”i var,nə qədər də azad olsan “o”nun qoyduğu ölüm qanununa tabesən,haçansa canlı-diri olub, sonradan ölən insanlara ağlamaq lazım deyil.Diri ikən ölü olanlara ağlamaq lazımdır.Bilirsiz niyə? Ölü –ölüdür,bu məlumdur..
Diri olan və o qədər ölü olan insanlar var ki,onlara ağla.Çünki bu tip insanların, düşüncələri formalaşmır, yeyir yatır, sevmir, hissləri yoxdur.Elə bil “Yaponiya”-nın hansısa şirkətində istehsal olunan robotdur."Pult"u başqalarının əlindədir.Özü-özünü idarə etmir,başqaları tərəfindən idarə olunur və ağlamağınla da onlara kömək ola bilərsən.Ağlamaq təkcə gözdən yaş axıtmaq deyil.Bu bioloji bir qanunauyğunluqdur.Ağlamağın dərin bir fəlsəfəsi var.Sən elə ağlaya bilərsən ki, gözündən yaş axmaya bilər.Kipriklərinin , göz qapağının islanmasına ehtiyac yoxdur.Qəlbin islanırsa, bu yaşda boğulursa, demək ki, sən həqiqətən ağlayırsan.
Hə, keçək bu yazınının ölən qəhrəmanına.Bu qəribə bir ölü idi.Ölməsinə baxmayaraq hər şeyi hiss edirdi.Yəqin ki, hisslər ölmür ona görə.Bu hiss də ruhdur.Onun ruhu ətrafda olanları seyr edirdi və sıxılırdı,bəlkə də həyatında bu qədər insan kütləsi görməmişdir. Bu mərasimə nə qədər insan gəlmişdi.Yarısını da heç tanımırdı . Bu ölünü çimizdirib kəfənə büküb ortaya uzatmışdılar.Hərə bir tərəfdən ağı deyir, məcburən özlərini ağlamağa vadar edir.Çoxusu da heç bu ölən üçün ağlamırdı da.Nələrisə, kimlərisə yadına düşüb başlayıblar “ağla”mağa.Camaata özün göstərməyə.Bu ölü artıq sıxılırdı bu kütlə içərisində.Tez istəyirdi ki, onu torpağa basdırsınlar.Qurtulsun bu süni sifətlərdən.Çoxusu da gəlib görək ehsanda nə verilir,yeyib qarınlarını doydursunlar.Bax, bunlardır ölü insanlar.Fiziki qidaları üçün hansı rola desən düşürlər.Mənəvi qidaları yoxdur,acdırlar.Heç zaman doymurlar.Ölü artıq ölməyinə də peşman olmuşdu.Axı o həmişə özünü bu həyatda tək hiss edirdi.Nə oldu elə ölən kimi bu qədər camaat?!..Harada idiniz bu vaxta qədər? Yoxsa sevinmisiniz onun ölməyinə? ola bilər, kimsə sevincindən belə mərasimlərdə iştirak edir,yaxşı ki öldü deyə….
Nəhayət ki, onu cənazədə çiyinləri üzərinə alıb qəbiristanlığa. aparırdılar Bu ölü heç zaman kiməsə yuxarıdan aşağı baxmamışdır.Amma bu an o, yuxarılarda idi və hamıya bu istiqamətdən baxırdı.Ehh yazıq insanlar!!! Siz diri mən ölü,mən ölü ikən diri, siz diri ikən ölüsünüz.Mən ölməyimə baxmayaraq sizləri müşahidə edə bilirəm,amma siz “diri”lər bir-birinizi müşahidə etməkdən belə qorxursunuz,ya da ki, heç bacarmırsınız,amma mən ölü ikən bunu bacarıram…
Hər yer torpaq…Sakitçilik…Kütlə yox.Bura tam başqa dünyadır.Hər kəs eyni libasda,fərqlilik yox...Hər kəs eyni…Bilinmir varlı kim, kasıb kim,ölülərin dünyası.Bu ölü bir sonsuz məkan görürdü,bu torpağın altı heç də havasız bir məkan deyil.Bunu o ölü hiss edirdi.Təmiz hava burada idi.Mənzərə çox gözəl idi.Mələklər ağ libasda qanadlarını çırpırdı.Bu çırpınan qanadlardan da bir təmiz hava kütləsi yayılırdı ətraf aləmə və ölülər onu ciyərlərinə çəkərək yenidən dirilirdilər,amma tam başqa və fərqli həyatda,pulun, texnikanın olmadığı bir məkanda.Bu ölü onu hiss edirdi.Mələklər necə də gözəldir.O torpağın üstündə mələk görə bilməmişdir.Görmüşdü eyy, sadəcə onların qanadlarının çırpıntısı yox idi.Yaralı Mələklər idi.Ləkələmişdilər onları.Burada isə, kimsə , kimisə ləkələməyə belə haqqı yox idi.Hər kəs təmiz məxluq kimi bu ölülər səltənətində ikinci bir həyata başlamışdır.O, indi hiss edirdi ki, cənnətə düşüb.Cəhənnəm olan dünyadan tanrı onu tez xilas edib.
Bu ölü özünü çox xoşbəxt hiss edirdi.Ölməyinə sevinmişdir.Onun heç vecinə də deyildi ki, onun üçün ehsan verilir ya yox,başdaşı mərmərdən olacaq, ya ona heykəl qoyulacaq,büst qoyulacaq.Torpağın üstü artıq ona maraqlı deyildi.Torpağın altında da həyat var imiş.Buranın da öz heyvanları, bitkiləri, axar suları var idi və heç bir kəs buraya “barmaq” eləyə bilmirdi,hər şey orijinal idi.
Bu həyat çox uzun sürmədi.Bu ölünü saatın zəngi oyatdı,əqrəblər ox kimi onun qəlbinə batmışdır.Oyandıqdan sonra öz-özünə deyinirdi-Niyə məni oyatdın??? İstəmirəm ayılmaq!Yenidən ölmək istəyirəm!Yaşamaq istəmirəm burada.Sizlərin yanında.Ölümdən sonra da həyat var.Bunu mən öz yuxumda gördüm.Mələkləri gördüm,sonsuz bir səltənəti gördüm,cənnəti gördüm,bura cəhənnəmdir!!! Siz insanlar şeytansınız!!! İstəmirəm sizi!!! Mən ölmək istəyirəm!!!
Amma o hələ ölə bilmirdi.Bir dəfə intihara cəhd etsədə uğursuz alınmışdır və artıq özünü öldürməkdən qorxurdu,çətin gəlirdi.Hər dəfə də yuxuya gedəndə yenidən ölümü görmək arzusu ilə yuxulayırdı,yenidən ayılırdı və yenidən ölmək istəyirdi,yəqin ölüm bu insan üçün bir xoşbətlik gətirmişdi.O həm də bir mələyə vurulmuşdu,sevirdi onu.Həmin mələk isə bu dünyada yox idi…