öl(z)ümə nekroloq və ya ölümdən sonrakı həyat...
Bəhram Həsənov tərəfindən "Esse" bolməsinə 20:31 14 fevral 2014 tarixində əlavə olunmuşdur

...və bir gün həyatın ən maraqlı yerində ölürsən. Yaşının neçə olması və harda olmağından asılı olmayaraq o an həyatının ən maraqlı anı olur. Sanki yaşamağa yeni başlamışdın və həmişə olduğu kimi ölüm səni vaxtsız yaxaladı

ikili həyat sürür insan və iki cür də ölür: heyvani və ilahi. Bəşəri deyilən bir şey bu ikisinin arasında qalan dar bir yerdir. O qədər dardır ki, orda sağ qalmaq, əzilməmək mümkün deyil.

insanların heyvani ölümünə ağlayırlar. Hiss edirlər ki, öldü, yoxdur, artıq olmayacaq və bəlkə axirətdə...

ilahi ölümlər isə Allahın özü kimi sirli və gözünməz olur... heç kim fərqində olmur, çünki hamı fikirləşir ki, insanlar "Allah olaraq" ölməzdirlər, ölmürlər, ölə bilmirlər, ölə bilməzlər...

Allah ümidir, son istinadgahdır, son nöqtədir, qaranlığın lap dərinliyindən gələn o işıqdır... və bəzən ümid tükənir, istinadgah uçulur, son nöqtə gözdən itir, qaranlıq o son işıq zərrəsini udur və "Allah" ölür...

hər gecənin bir sabahı olur. yeni bir ümid yaranır, külək qarşısında titrəyən şam kimi zəif... bəzən dəfələrlə sönür və yenidən yanır... bir gün yenə də yaşamağa başlayırsan... yeni bir həyat başlayır, ölümdən sonrakı həyat...

nə qədər ki, "heyvan" kimi ölməmişik, "Allah" kimi yaşamağı öyrənməliyik...

05.07.2013

 


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+23=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0281 saniye