Omar Djavid - Həyat
Omar Djavid tərəfindən "Şeir" bolməsinə 22:05 10 aprel 2016 tarixində əlavə olunmuşdur

Heç nədən xəbərimiz olmadan öz razılığımız belə olmadan dünyaya gəldik
Hansı ədalətdən danışaq axı dünyaya gələrkən belə icazəmizin olub olmadığı soruşulmadı ki.
Bəlkə də soruşuldu.. Sadəcə xatırlamırıq, xatırlamağımız üçün icazəmiz də yoxdu axı
Çünki xatırlasaq bu dünya üçün sirr qalmalı məqamları belə aşkar edəcəyik

Bəlkə Tanrının özü ilə də danışmışıq. Bəlkə ona razılıq vermişik ki, bizi bu dünyaya göndərsin
Bəlkə tanrıya söz vermişik ki, yalnız insanlara yaxşılıq etmək üçün gələcəyik
Kimsəsizlərə yardım edib, yaşlıları sağaldıb, ağrılarından qurtaracağıq
Müharibələrə son verib hər tərəfdə sülh salacağıq, günahsız körpələri güllələrdən qurtaracağıq
İnsanlar arasında bütün fərqləri aradan qaldırıb hər kəsi bərabərləşdirəcəyik,
Nifrəti yox edib dünyanı dəyişəcəyik
Amma verdiyimiz bütün bu sözlər dünyaya gəldiyimiz an yaddaşımızdan silindi...

 




... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0271 saniye