"Ömrüm bir kitabdır..."
Ömrüm bir kitabdır,hər səhifəsi
Göz yaşı,ah ilə,möhnətlə dolu.
Açıb vərəq-vərəq onu oxusan,
Bir həyat görərsən,zəhmətlə dolu.
***
Sürdüm bu həyatı göz yaşlarıyla.
Qaldım ürəyimin çaş-başlarıyla.
Bacara bilmədim savaşlarıyla,
İçdim eşq badəsin,töhmətlə dolu.
***
Nə könül sındırdım,nə ürək qırdım,
Nə özüm alışdım.nə də yandırdım.
Nə özüm usandım,nə usandırdım,
Yaşadım söz ilə,söhbətlə dolu.
****
Bir gözüm ağladı,bir gözüm güldü,
Bir yanım xəzəldi,bir yanım güldü.
Qocalıq haqladı,belim büküldü,
Çox uzun yol gəldim,dəhşətlə dolu.
***
Bir gün qayıdaram öz həyatıma,
Uca yaradanım çatar dadıma.
Mövlud,bu həyatı salma yadıma,
Yaşadım iztirab,vəhşətlə dolu.
Zərdabi.Mövlud Ağamməd.11.o6.2014.