Ömrümün sonuncu qarı yağacaq,
Ağappaq,quşbaşı--lap ağaracaq..
Məni bənövşələr hey çağıracaq,
Qar altından oğrun-oğrun baxmağa.
Çətin sənin kimi dözüm,bənövşə,
Yox məndə səndəki dözüm,bənövşə.
Boynubükük necə gəzim,bənövşə,
Ürəkləri yandırmağa,yaxmağa.
Son fəsil--zimistan oldu taleyim,
Qar altdan boylandı,soldu taleyim.
Uzaq,geri dönməz yoldu taleyim,
Mövludam,gedirəm qar yağa-yağa...
3.11.2014 / Zərdabi
Mövlud Ağamməd