Ömür bitər düşünmək gec olar
SEYMUR SÖNMƏZ tərəfindən "Hekayə" bolməsinə 19:30 23 fevral 2018 tarixində əlavə olunmuşdur

ÖMÜR BİTƏR DÜŞÜNMƏK GEC OLAR

Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. (İnsan surəsi, 2)

       Həqiqət budur ,Hər bir insan oğlu hər bir bəndənin getdiyi yer məlumdur. Gec və tez. Qalan yalnız əməl olur. Dünya malı dünyada qalır özünlə aparılan yalnız və yalnı əməl olur. Ona görədə hər birimiz kiminsə haqqına girməmək üçün yaşamalıyıq. Dönüşü olmuyan bu yolçuluğa üzü ağ getməyi qərara almalıyıq.

Gedən olubdurmu əlində boxca,

O,biri dünyaya görən varmı ki.?

Həyat həm unverset həmdəki baxça

Dərindən öyrənib baxan varmı ki.

     Heçnə gec deyil   düşündükdə ağlımıza gələn iki sual gəlir. Birincisi Mən dəyişə bilərəmmi .? Əlbətdə insan əgər istəyərsə dəyişə bilər.İkincisi,Bu dövlət bu mal mənimdir,mən güclüyəm deyə təvəzükarlıq edərək mənliyini öyər. Ancaq ki   Bu Dünya hər kəsi yarı yolda qoyar, nə mal qalar nədəki dövlət .

Əlliylə altmışla yazılmaz qiymət,

Orda tərəziylə olar həqiqət,

Görən özlüyünə edərək diqqət,

Düşünüb əməlin çəkən varmı ki.?

     Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ələq surəsi, 1-2)   Hərənin bir düşüncə tərzi var,Həyata baxış müxtəlif olduğu kimi həyatdan gedişdə müxtəlifdir .Orda nə pul rol oynayar, nədəki tanışlıq, (loru dildə desək Daydayı) Hamımız əməlimizi düşünərək atdım atmalıyıq.

Qəm yükü bir sınaq bəxdə düşəndə

Hər yaşa dolursan gün ötüşəndə

Cənab Əzrayılla bax görüşəndə

Xoş gəldin söyləyib dinən varmı ki.?

       Hərdən bəxtimizdən gileylənirik, Amma   bu dünyaya gələrkən kimin başına nə gələcəyindən heç birimiz xəbərdar deyilik,və aldığımız nəfəs üçün şükür etməkdənsə gileylənirik. Niyə axı ? Yaşadığımız çətinliklər,və yaxud nakam sevdalar, və yaxud yarı yolda qalmış məhəbbət . Sarsılmış qəlblər ,Əslində biz bunları yaşasaq belə şükür etməliyik,çünki bu bir sınaq hər sınaqda özümüzü çuxura yox,atdım atıb irəli getməliyik. Ömür bitər düşünmək sonra gec olar,vaxt varsa düşünmək gərək.

Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!" – deyirlər. (Qəsəs surəsi, 55)

Müəllif: Seymur Sönməz Paşayev


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+17=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.054 saniye