Ömür yağışı
ceyhun fikrət tərəfindən "Şeir" bolməsinə 01:56 16 noyabr 2024 tarixində əlavə olunmuşdur

Bu gün yağış yağır,

sənin ömrünə,

bu yağan yağış,

bəlkə səni qurtara,

əziyyətdən

pislikdən,

zülmdən.

Bu nur damlaları,

qəlbinin dərinliyinə bir iz sala,

səni yuxudan oyada.

Bu yağan yağış,

bəlkə də,

sənin son yağışındır.

Göz yaşı kimi damlalar,

üzünə düşdükcə,

düşünürsən.

Amma, ömür karvanı geridə qaldı,

getdi uşaqlıq,

puç oldu gənclik.

Sən isə yenə düşünərək,

gəncliyinə həsrətlə baxırsan.

Çünki bu yağan yağış,

sənin üçündür.

Bəlkə,

oyanmağın üçün,

bir işarədi.

Bəlkə də,

son damladır üzünə düşən yağış,

amma hələ də yuxudasan,

ömür karvanını geridə qoyaraq,

yaşayırsan,

faydasız, mənasız həyatla.

 

                                                                       29.04.2020

                                                                         Təbriz şəhəri


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+10=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
ceyhun fikrət 1984 ci ildə Bakı şəhərində anadan olub. Əsli Şamaxı şəhərindəndir. 2005-ci ildən dövrü-mətbuatda yazıçı və jurnalist fəaliyyətini davam etdirir. 2015 ci ildə İranın Təbriz şəhərində yerləşən Əl-Mustafa Beynəlxalq Universitetinə daxil olub. Hal-hazırda bu universitetdə təhsil alır və Təbriz şəhərində yaşayır
Əlaqə
E-mail:
ceyhunfikret1@gmail.com
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0248 saniye