Ömürdən 11 dəqiqə
Səfər tərəfindən "Hekayə" bolməsinə 11:02 04 sentyabr 2017 tarixində əlavə olunmuşdur

11 dəqiqələrdən ibarətdir bütün sevgilərin ömrü. Məcnun belə 11 dəqiqə sevdi Leylanı. Şirin üçün dağlar deşən Fərhat belə, 11 dəqiqə sonra arxasını çevirib yatdı ona. Hər kəsin bir 11 dəqiqəsi vardır ömründə, ya sevgiyə ayrılan, ya da hansısa qadına, ya hansısa xəyala, bəzən əclaf bir kişiyə, bəzənsə sadəcə 11 dəqiqəyə.

 Bədənlər 11 dəqiqədən artığını və ya azını yaşasa belə ruhların sevgiyə ayıracaq sadəcə 11 dəqiqəsi vardır.

 

11 dəqiqənin nə olduğunu bilmədən maraqsız yaşlananlar ölkəsindənəm. Bu şəhərdə 11 dəqiqənin adı toy mərasimidir, şadlıq sarayıdır, qaynatadır, yengədir. Onlar inansınlar deyə, 11 dəqiqəmizin olduğuna, qapıda yengə qoyub səhərisi gün duvağına gedirik biz.

 

Bəlkə Qadın öz 11 dəqiqəsini əlini belə tutmadığı başqa bir oğlanın gözlərində yaşayıb, çoxdan bitirmişdi. Bu gecə üstünə sərilən ağırlıq isə hələ də 11 dəqiqəsini yaşamamış və öz 11 dəqiqəsini onda tapmağa çalışan sadəlövh bədbəxtdi sadəcə, kim bilə bilər.

 

Qadın bir şeyi yaxşı bilirdi: Əgər ruh öz 11 dəqiqəsini yaşamışsa, ondan sonra bədənin məruz qaldığı sadəcə təcavüzdür. Kişi isə bir şeyi bilmirdi: Yad bədənlərin çoxluğunda ruh aşındıqca, 11 dəqiqələr çoxluqda gözə çarpmaz olacaqdı.

 

Sevginin adı ümid, ümidin adı qarşılıq, qarşılığın adı 11 dəqiqələr sonunda ölməkdir. Xəyanətin adıysa ,onun 11 dəqiqəsi bitməmişkən, sənin 11 öz dəqiqəni bitirib ona arxanı çevirib yatmağındır.

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+29=
Hesaba giriş
Müəllif

Səfər
Haqqında
Tanıyacağın biriyəm. məni küçədə ya kimləsə danışanda ya da ağlayanda 100% görmüsən.
Əlaqə
Tel.:
yox
E-mail:
sfr.hsynl1@gmail.com
Sosial şəbəkə:
Tərəfdaşlar
Facebook
0.0556 saniye