Onu xəyanətlərini bağışladacaq qədər sevən qadın
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 08:27 12 sentyabr 2014 tarixində əlavə olunmuşdur

 Maşını bir kənara sürüb saxlatdırdı. Bütün ağırlığı ilə arxaya söykəndi. Gözlərini qapadan kimi 2-3 damcı özlərinə cığır açaraq yanaqları boyunca aşağıya süzülməyə başladı. Dərindən nəfəsini dərib maşından düşdü.

 Qalstukdan istifadəni 5 ildir ki, yadırğamışdı. Saçlarının böyük qisminin ağarmasına rəğmən malik olduğu yaşı vermək olmazdı. Üz cizgiləri və bədən quruluşu onu 10 yaş cavanlaşdırırdı. Amma düzünə qalsa, bundan heç xoşlanmırdı. Hətta gözlərindəki dərin kədər belə onu onu qocaltmırdı. Ala gözləri əvvəllər olduğu kimi indi də məşhurdur.

 Əlini ürəyinin üstünə qoyub üzünü səmaya qaldırdı. Az sonra yağışın yağacağı mütləq idi. Ağır-ağır addımlarla gəlib çatdı. Diz çöküb əlini qəbr daşına sürtdü. Gözəl simaya peşmançılıqla baxdı. Qəhərləndi. Sözlər boğazında ilişib qaldı.

Yağış yağmağa başladı.

-Bağışla məni...Sənin sevginə, fədakarlığına layiq ola bilmədiyim üçün bağışla...

Nurəddin tanınmış prodüsser idi. Gənc, potensial simaları səhnəyə çıxartmaq üçün var-gücünü ortaya sərgilyirdi. Rəqibləri belə onun bu addımını təqdir edərək alqışlayırdılar. Yaraşıqlı, xarizmatik olmasına görə bütün qadınların idealına çevrilirdi ki, bu ona olduqca xoş təsir bağışlayırdı. "Qadın ovçusu" kimi tanınmağa başlaması ilə ata-anası arasında ciddi problemlərə yol açdı. Atası onun adının ləkələnməsinə qarşı çıxarkən Nurəddin özü ilə bacara bilmirdi. Özünə aid ayrı evi olduğu üçün gecələrini orada həzz dolu anlarla keçirdirdi.

 Lap axırda atası onun qarşısına şərt qoydu. Ya evlən, ya da işinə əlvida. Nurəddin işini çox sevirdi. Odur ki, valideynlərinin seçimi ilə razılaşıb evləndi. Onun toy xəbəri aləmə bomba təsiri yaşatdısa, Nurəddin yalnız 1-2 gecəsini Kamilə ilə keçirtdikdən sonra əvvəlki "iş"inə qayıdışı heç kəsi təəccübləndirmədi.

 Kamilə bağça müəllimi idi. O, əri haqqında hər şeyi bilir, görür və eşirdirdi. Amma buna rəğmən onunla bircə dəfə də olsun qalmaqallı söz-söhbət etmək fikrinə düşməmişdi. Çoxları Kamiləni "ağılsız" qeyd edərək qınayır, ona məsləhətlər verirdi. Söz yox ki, Kamilə gözəl qadın idi. Üstəlik təbii gözəl. Siması nur saçırdı ətrafa.

 Kamilə sadəcə sevirdi. Dəli kimi qısqanaraq, gecələr yastığı qucaqlayaraq, hər dəfə boşanmaq söz-söhbətinə kəskin reaksiya verərək, ona verilən məsləhətləri qulaq ardına vuraraq sevirdi ərini. Nurəddin isə bunu başa düşmürdü.

15 illik davam edən evlilik Kamilənin vərəmə yoluxub dünyasını dəyişməsi ilə sonlandırıldı...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+36=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0276 saniye