Onun Gözləri
Uraqan tərəfindən "Hekayə" bolməsinə 14:57 22 aprel 2014 tarixində əlavə olunmuşdur

Onun Gözləri

  Zəng vuruldu və bütün uşaqlar çölə çıxdı. Bircə O qaldı. Bir də Müəllimə.

 

 O çox sakit idi. Çox zaman sadə qələmi əlində oynadaraq saatlarca oturduğu yerdən tərpənməzdi. O həmişə belə idi. Çağırmasan gəlməz, dindirməsən dinməzdi. Və həmişə olduğu kimi otağı uzun uzadı süzdü. Otaq təmirdən yenicə çıxmış olsa da, çox dağınıq vəyiyyətdə idi. Təbaşirlə lövhədə yazılanlar da pozulmamışdı. Divarlar yenicə rənglənmiş olmağına baxmayaraq, o qədər də səliqəli görsənmirdi. Partanın üzərində də uşaqların dəftər, kitab və qələmləri qoyulmuşdu.

  Birdən müəllimin Ona diqqətlə baxdığını hiss etdi. Bu dəfə müəllimə daha kəskin baxırdı. Ancaq O müəlliməyə heç baxmazdı. Heç kimin gözünün içinə baxmırdı. Gözlərini həmişə insanlardan qaçırardı. Digər uşaqlardan fərqli olaraq danışarkən insanların gözlərərinə yox, ya eyvandan bayıra, eyvan yoxsa belə ya divara ya da yerə baxardı.

  Bir dəfəsində məktəbin direktoru Ona "gözlərimin içinə bax" demişdi. O baxmadıqda isə müdir bu sözləri bağıraraq təkrar söyləmişdi. Uşağın gözlərindən yaş axsa da müdirin gəzlərinə baxa bilməmişdi. Bundan sonra isə heç kim Ondan bunu istəməmişdi.

  -Yanıma gəl-Müəllimə dedi. Sakitcə Müəllimənin yanına gəlib partada əyləşdi. Müəllimə sözlərinə davam etdi-Səni artıq 2 ildir ki, tanıyıram. Ancaq bir dəfə də olsun səni heç kimin gözlərinə baxan görməmişəm. Dərdin varsa söylə.

  O sakitcə susaraq eyvana baxırdı. Sanki danışmaq istəsə də danışa bilmirdi. Sadəcə olaraq susurdu. Müəllimə davam etdi:

-Səni başa düşürəm, Müharibə hamımızın yaxınlarını əlindən aldı. Bunlar tək sənin başına gəlməyib. Axı bu həyatı...

Müəllimənin sözü ağzında qaldı. Onun üçün  nə qədər çətin olsa da eyvana həyətə baxaraq sözə başladı:

  -Gözünüzün qarasına kiçik bir ləkə düşüb-dedi. Bu söz hər şeyi həll edirdi. Müəllimə Onun sözlərinə inana bilmirdi. Axı necə ola bilərki bütün günü səhərdən etibarən göz-gözə baxdığı uşaqlar bunu hiss etməsə də O bunu belə rahatlıqla görə bilmişdi. Müəllimə təəccüblə Ona baxırdı. Sanki nə deyəcəyini bilmirdi.

  -Sən bunu necə gördün? Səhərdən sənin gözlərinin içinə baxsamda mənə baxdığını bir dəfə də olsun fərqinə varmadım.

  -Əslində insanların gözlərinin içinə baxaram. Yalnız qısa olsa da heç bir zaman kəsişməz gözlərimiz-O dedi.

  -Bəs nə üçün gözlərinin kəsişməsini istəmirsən.

  Onun gözündən yaş axmağa başladı:

  -Səbəbləri var. Hər halda gördüklərimə görədir.

  -Bu şeyləri hamımız gərmüşük, hamımızın başına gəlib

  -Məni başa düşürsünüz?!-Gözlərindən yaş axsa da, O özünü toparlayıb sözünə davam etdi.-Siz heç qarşılıqlı olaraq son baxdığınız insanın valideyniniz gözləri olmasını dözə bilərdinizmi? Sizin gözlərinizin içinə baxaraq valideyninizin Gözlərinin çıxarılmasına necə?! Dözə bilərdinizmi? Qan axan gözlərinin içinə necə? Baxa bilərdinizmi?  

  -Mmmən....-Müəlliməni soyuq tər basdı. Danışmaq istəsə də İçindəki dərdi ona danışmağa imkan vermədi.

  -Amma mən dözdüm. Zəhrimara qalmış həyatımın qaranlığa çevrilməsinə, valideynsiz həyata qarşılıq, susmağı öyrəndim. İndi çıxmış qarşıma bunların hamısı bizim başımıza gəlib deyirsiniz. Danışıb, qəlb qırmaq asanddır. İnsanlar özünüzü sübut etməyi sevir.

  Onun artıq səsi çıxmırdı. Sadəcə gözündən narın-narın damlalar axırdı. Onunla birlikdə Müəllim də qəlbi parçalanmışdı. Artıq müəllimə də Onun sözləri ilə bu həyatı yaşamışdı.

  Zəng yenidən içəri vuruldu və bütün uşaqlar gülərək sinifə daxil oldular. O oturduğu partadan qalxıb arxada, öz yerinə əyləşdi. Bir müddət həyətə baxsa da yenidən sinifə nəzər yetirdi. Müəlimə məyus halda bilmirdi hara baxsın. Birdən uşağın gözlərinin müəlliməyə baxdığını hiss etdi. Onun sadəcə olaraq, bir neçə saniyə gözləri müəllimə ilə kəsişdi. Onun parıldayan gözləri qəzəb, nifrət və qisas hissi saçırdı. Ancaq bu baxışmaq da uzun sürmədi. O yenidən üzünü eyvana çevirib həyətə baxmağa davam etdi...

 

         Yazı tarixi:21.04.2014                   

         İmza:UraqaN

 

    -Qarabağ Müharibələrində Yaxınlarını itirənlərə iltihafən...


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
1+19=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0314 saniye