ordan bir ...
Xuraman tərəfindən "Şeir" bolməsinə 23:58 09 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Tut əllərimdən buraxma, dedi.
Anlıq nə varsa, onun olsun,
Bu an onun olsun istədi..
Düşündü, düşündü..
İçindəki öskürəklər qanayır,
İçindəki boşluq dolmaz, bilir.
Belindəki bıçaqlardan koleksiya yaranıb bilir..
Bilir ki, bir də əl versə, qol görməyəcək.
Bilir ki, onu sağaltmağa gələn hamı yaralarını günəş edib gedir.
Qorxurdu..
Hıçqırıqlar, qaranlıq, işıq..
Qarışmışdı, hər var idisə ruhunda hamısı anlıq..
Bu an içindən elə bil sevgi pərisi keçdi ki.
Sanki öləcək və ruhu elə bu dünyada qalacaq.
Ruhunu paylayır insanlara.
Saflığını, dürüstlüyünü, ölümüzlüyünü..
Sevilmədən, aldanaraq gedir burdan.
Satılır insanlar, düşünmədən özlüyünü..
Serenad oxuyur gecələr qulağının dibində..
Pıçıldayır günəşin ona dediklərini.
"Ver əlini, şair", deyir içindən.
Bir şair ruhuna, bir şair əlinə sarılıb səmaya qalxmaq..
Tanrını qucaqlamaq,
Onunla danışmaq dünyadakı macəralaından..
Üz cizgiləri bənövşəyi, mavi, sarı olmuş..
Ruhu kimi göyqurşağıdır bu gün..
Tut əlimdən, ruhum üşüyür, - deyir sakitliklə.
Qışqırır içinəki balaca mələk,
Özünə ithaf edən şairlərin çoxusu güllələndi,
O güllə ordan dinib demədi ki,
" Sakit ol, uşaqdır, toxunma"..
Uşaqdır hələ.. 
Ruhu, gözləri, gülüşü.
"Ordan bir güllə ver, qarson". 
şşşt.. sakit.. o hələ uşaqdır..
Şair, qorxma, həyatımdakı bütün şairlərə həsr edirəm bunu..
Qorxma, ağır deyil, tut əlimdən.. 
Qorxma, hələ uşaqdır, ver güllədən..


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+22=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0258 saniye