ORTA TƏBƏQƏ
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 22:13 24 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Dövlətin  güclənməsində, cəmiyyətin həm maddi, həm mənəvi cəhətdən inkişafında orta təbəqənin mövcudluğu çox önəmli yer tutur. Bəs bu, orta təbəqə hansı kriteriyalarla ölçülür, orta təbəqə dedikdə, nə nəzərdə tutulur? Bəzi hallarda, bir - iki kiçik   fabriki olan, rəhbərliyi altında 50 – 60 işçi çalışan və ya, iki – üç market sahibi olan sahibkar  orta təbəqə hesab edilir. Əslində isə, belələrinin orta  təbəqəyə aid edilməsi kökündən yanlışdır. Orta təbəqə və bu zümrəyə aid olanlar hökümətlə   xalq arasında hər zaman bir körpü rolu oynayırlar. Böyük zavod və fabriklərdə səhmləri minimum Dövlət səhmlərinə bərabər olan sahibkarlar orta təbəqənin bir parçasıdır. Onlar üçün ən dəyərli resurs, təbii ki, canlı işçi  qüvvəsi hesab olunur. Şəxsi kapialın artması, gəlirlərin qorunması, keyfiyyətin güclənməsi bilavasitə, dəzgah arxasında dayanan işçinin işinə məsuliyyətli olmasından asılıdır. Bu, o zaman daha mükəmməl qaydada davam edir ki, işçı rəhbərinin ona qayğısını hər   zaman   yaxınında hiss edir. Orta təbəqənin mövcudluğu və gedərək inkişaf  etməsi hökümətin də fəaliyyətinə müsbət təsirini göstərir. Orta təbəqənin varlığı, eyni zamanda hökümətin çiyinlərindəki  vətəndaşın sosial təminat yükünü də azaltmağa xidmət edir. Hazırda bəzi inkişafdan qalmış ölkələrdə, yerli hökümət orta təbəqənin yaranması üçün bir – sıra dövlət proqramları hazırlayırlar. Əsasən, xarıcı investorları ölkəyə cəlb etmək üçün bəzi ölkələr, hətta, vergi şərtlərini belə kölgədə saxlayırlar. İşsizliyin aradan qaldırılması, yoxsulluğun sıradan çıxmasına xidmət edir. Belə olan halda, əhali arasında vergi ödəyicilərinin  sayı sürətlə  artır  ki, bu  da, nəticədə  daxili büdcənin artımına gətirib çıxarır. Orta  təbəqənin mövcudluğu ölkə  iqtisadiyyatının sütunlarından biridir. Bəs, orta təbəqənin formalaşmamasını əngəlləyən səbəblər nədir? Kimlər bu, zümrənin yaranmasında  maraqlı  deyil? Sözsüz ki, heç bir  sahibkar, böyük planlar hədəfləyən bir iş  adamı iqtisadi zəmanəti olmayan ölkəyə sərmayə qoymaqda  maraqlı  deyil. Eyni zamanda, bürokratik   süründürməçiliklərin, korrupsiya hallarının baş verdiyi yerlərə də, sərmayədarlar  meyilli olmur. Məhz bu səbəbdəndir ki,  biz, orta təbəqənin gücünü daha  çox Avropa  ölkələrində hiss edirik. Münbit  şərait və sağlam  rəqabət  orta  təbəqənin formalaşmasında mühüm yer tutur. Orta təbəqə hökümət – vətəndaş münasibətlərinin ən mükəmməl müstəviyə salınmasında müstəsna rola malikdir. Bu, təbəqəni yaradan  zümrə,  ölkə vətəndaşlarının yaşam tərzini maksimum həddə çatdıra bilməsə də, onlara  minimum həyat tərzini də, hiss etdirmir. Bir sözlə, orta təbəqə cəmiyyətdə orta həyat  tərzini formalaşdıran bir güç mexanizmi yaradır. Elə bir orta həyat tərzi  ki, orada  problemlər dramatik həddə çatmır. Belə   cəmiyyətlərdə  yaranan problemlər qanuna uyğun şəkildə öz həllini tapır.  Sağlam cəmiyyətdə orta həyat tərzi sürən vətəndaşa isə, bundan artığı   gərək deyil.


... dəfə oxunub
Qiymət: 9/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
1+24=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0275 saniye