Osmanlıların unudulmuş adətləri
Ülfət Cavad tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 15:58 01 mart 2016 tarixində əlavə olunmuşdur

Zaman keçdikcə Osmanlı dövlətinin də bir sıra adət-ənənələri unuduldu.Bu unudulan ənənələrdən bəzilərini oxucularımıza təqdim etməklə osmanlıların keçmişinə qısaca nəzər salmaq yerinə düşər.

Osmanlı dövründə hər hansı evdə xəstə adam olardısa, pəncərə önünə sarı çiçək qoyulardı.

Qırmızı gülün qoyulması isə evdə gəlin köçəcək yaşda qızların olmasına işarə idi. Elçiliyə gəldikdə bəyin namaz qılıb-qılmadığı onun şalvarının dizində olan izlərlə bəlli olardı.

Qəhvənin yanında su da gətirilirdi, əgər müsafir toxdursa qəhvə, acdırsa birinci su içərdi. Su içərdisə, süfrəyə bir-birindən ləziz təamlar gətirilərdi.

Qapının üzərində iki cəftə olardı. Biri zərif, digəri isə kobud səs çıxarardı. Müsafir kişi olardısa, kobud səsli cəftə ilə qapını döyərdi.

Yolda yaşca kiçik özündən böyüyün qabağında getməzdi.

O zamanlar kişilər qadınlara ayna hədiyyə edərdi ki, bunun da mənası, sənə səndən gözəl bir hədiyyə tapa bilmədim, demək idi.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+22=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0247 saniye