otağımdakı piano,
çox qəmlisən.
köklənmisən minora.
ağ-qara dillərin,
rəqs edir ora-bura.
lirika ilə məst oluram,
kədərdən ruhu şikəst oluram.
otağımdakı piano,
bəlkə də musiqilər,
bəhanədir qüssələrə,
həvəsim də heç qalmayıb,
dəyişən fəsillərə,illərə.
otağımdaki piano,
üstünü toz basıb,
toxuna bilmirəm sənə.
içimdə hər gün ölür nəğmələr.
öldürürsən məni piano,
nə olar köklən majora.
yox bacarmırsan!
aparırsan məni uzaqlara,
piano....
məhv oluram!