Otuz bir gün (yarımçıq qalan hekayə)
NİKOLAY tərəfindən "Hekayə" bolməsinə 12:58 02 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Bir əsrlik ömür. Fərqi yoxdur nə qədər ömür yaşayırsan yaşa, sən o ömrün müəyyən bir hissəsini yaşayırsan. Kimin üçün altı ay, kimin üçün üç ay, kimin üçün də otuz bir gün, bir həftə, üç gün. Elə insan da var ki, yaşadığı ömrün kəsiyində bir günlük belə həqiqi yaşamağa sahib olur. Bəs, insanlar necə etməlidir ki, ona ayrılan ömrün hər anını həqiqi yaşaya bilsin. Hər anını, hər saniyəsini, hər dəqiqəsini, hər saatını, hər gününü, hər ayını, ötüb keçən hər ilini əsl ömür kimi yaşaya bilsin. Çox çətindir, çox imkansızdır. Ətrafımız yaşamaq həvəsi ilə dolu deyilsə, daha çox mənalı yaşamaq istəyən insanlar yoxdursa, o zaman, yaşamağın yolunu necə tapa biləcəyik?

- İnsanlar bir yerə toplaşanda, müəyyən bir mövzu ətrafında fikirlərini bildirməyə başlayanda, çıxış yolundan daha çox suallar meydana gətirir. Suallar, suallar …… Kimə veriləsi, ünvanlanası bilinməyən suallar. Müxtəlif suallar, amma, cavabı kim tərəfindən cavablandırılacağı bilinməyən “sirli” cavablar.

Otuz bir gündə yaşanmış ömür, əsl həqiqi ömürdür. Həmin otuz bir gündür ki, hər günü yadımdadır. Ondan sonrakı gələn günlərim… Misal olaraq, dünən, günüm nə cür keçib yadırğamışam. Nə vaxt yuxudan oyandım, nə vaxt yemək yedim, nə vaxt əynimi geyindim, nə vaxt bayıra çıxdım, dayanacaqda nə vaxt dayandım. Bir də gördüm ki, artıq buradayam. Hərfləri yanyana düzüb mənalar yaradıram. Bir növ Üslubçu tərzi…

Otuz bir günün hər günündə yaşadığım ən gözəl anlarımı yazsam bir kitab alınardı. İri bir kitab. Elə ki, Otuz bir gün bitdi. Sonrakı yaşadığım ömrümün hansı yönünü, hansı hissəsini, peşəkar səviyyədə cümlələr çoxluğuna çevirib, kitab halına salım?

- O baxışlar, o saç quruluşu, qapının kənarında dayanıb cəlbedici baxışlarla baxan üz, danışdığı zaman sifətindəki təbəssüm, sadaladıqlarımın hər biri bugünün özündə də yadımdadır. Rəsm qabiliyyətim olsa idi olduğu kimi çəkərdim.

- O vaxtlar ruhum da sakit və rahat idi. Özümü sərbəst, coşğulu hiss edirdim. Binanın ikinci mərtəbəsində pəncərənin iki tayını da açıb dərindən nəfəs alırdım. Yenə də daxilimdə başqa nəfəsin olduğunu hiss edirdim. Həqiqi həyatda insan oksigensiz yaşaya bilməz düşüncəsi təsdiq olunmuş düşüncədir, həqiqidir. Onda niyə oksigendən ayrı düşmüşdüm. Dəhşətlisi bilirsiz nədir? Oksigen yadıma düşmürdü. Yanımda olanda onunla söhbət etdiyim zaman özümü başqa cür yaradılmış canlı kimi hiss edirdim.

- – -

Dayandığım yeri hiss etmir, ətrafımdakı insanların danışıqları, öz danışığım xülya kimi görsənirdi. Otuz bir günümü, yuxulu gözlərini açan, zorla ayılmağa çalışan insanın gözlərindəki dalğalı kölgəni yada salan bir kölgə kimi yaşadım. Gecə gec saatlarda insanların yatdığı bir vaxtda gözlərimə yuxu getmir, sanki yatmağımı istəməyən qüvvələr, – ayıq qal, həqiqi yaşadığın ömrün gəlib çatıb, o ömür ki, azdır, otuz bir gündür….

Hər kəs yatır, kimisi sağlam canı ilə, kimi isə xəstə canı ilə. Çarpayının baş tərəfi qapı ilə üzbəüz olduğu üçün otağın pəncərəsi yataqda uzandığımda pəncərə başımın arxa tərəfinə düşürdü. Pəncərənin şüşəsindən görsənən qaranlığın vahiməliyi adamı bir az diksindirirdi. Bəlkə oyaq olduğuma görə bəlkə də həqiqi yaşamağımın mənbəyi olan yanımda olmadığına görə. Çarpayı divara söykəndiyi üçün əlimi divara qoyurdum. Öncədən divarın soyuqluğu əlimə hopsa da sonradan elə bil divar istilənirdi. Divarın nəcib qoxusu, həm də divarın o tayındakı otaqda həyatımın mənbəyi olan, yaşam dünyasıyla əlaqəsini kəsmiş, qanunsuz və qaydasız, mücərrəd və məcaz olan bir həyatla təmas qurmuşdu. Bəlkə də özünü əsas olduğu yerdə hiss edirdi. Yuxusunda …….

 – – -

Dünyada kər kəsdən çox sevdiyin bir adamla qol-qola gedib kilsənin pəncərəsində işıq görürkən, içəri girib kəbin kəsdirmək ……. heç də gülünc bir hərəkət deyildir. – Daşa yenə İvan İliçin qoluna girdi – Sən məni başa düşürsən?  / Aleksey Tolstoy ‹Əzablı yollarla› kitabı ‹Bacılar› romanından

- Səhərin yeni havası ….

Yeni gün, əsas günün gündəliyi. Saat 08:27. Gündüzün gecədən fərqlənən xüsusiyyətlərindən biri – insanların səsləri, bir-birlərini çağırmalar, gülüşlər, haradansa uzaq yerdən yaxınlığa yaxınlaşan körpə ağlayışı. Ağlamağı dayanmayan körpə, ürəyindəki sözünü deyə bilmirdi. Həyat fərqliliyi buradan başlanır – dili hələki açılmayan körpə sözünü deyə bilmir, dili çoxdan açılmış insanların bəziləri isə ürəyindəki sözü deyə bilmir. Nə qədər cəhd etsə də daxili ona sadəcə bu sözləri deyir – Sus. Yeri deyil.

Həyatda nifrət etdiyim əşya var. Güzgü. İstəsən də istəməsən də onun qarşısında dayanırsan. Cansız, işə yaramayan, özünün yüksəkdə olduğunu hər kəsə qəbul etdirməyə çalışan, murdar əşya. Ürəyimdən heç keçmir bugün də onun qarşısında dayanım. Bugün, istəyirəm ki, məni nəzərdən keçirən, canlı biri olsun. İrsiyyəti insan, cinsiyyəti hələ də unuda bilmədiyim uzunsaçlı, özümdə gizli olan şəxs.

Bağlayın pəncərələri. Axmaqlar. Həyatınızın oksigenini axtarın. Bəsdir, bayırdan oksigen umdunuz. Özünüzə qapanıb vaxtı öldürməyin. Dilənçi qocanın sözlərini yada salıb, dilimin altında təkrarlayaraq pəncərənin hər iki tayını bağladım. Güzgüsüz və sərbəst.

Mən sənə vurulmuşam – Susqun dayanıb onun üzünə baxıram.

Nə deyəcəyini bilmirəm.

Sən çox şeyi bilmirsən – Mənə ilk sözü bu oldu.

(otuz bir gün, həqiqi ömrün müəyyən bir anı)

Yaşadığım otağın qapısını açıb, onun yanında olmaq üçün getməyə qərar vermişdim ki, qapı nə bəhanəsi var idisə önümə atırdı. Gah bağlanmır, gah açar ilişir, gah da qapının qulpu heç bir yolla düzəlmirdi. Otağın qapısını açıq qoymaq, onun yanına getmək. Bəlkə gec gələcəyəm. bəlkə tez. Bu kimi suallarla öz vaxtımı beş dəqiqəlik aldım. Bir vaxt ayıldım ki, mənə hədiyyə verilən otuz bir gün həqiqi ömürdən öz əlimlə kəsdiyim vaxtlarım da olub.

 

 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+33=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
nikbin.qasimli@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0252 saniye