Ovcumdakı sevgili
Elnur Vahidzadə tərəfindən "Hekayə" bolməsinə 15:34 28 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Mən hərbi hissəyə daxil olduğum zaman
oradakı
insanlar arasında sərt baxışları normal
baxışlardan
çox gördüm. Hər kəsin üzündən əzab, ölənlərin
son
sözləri oxunurdu. Fikirləşirdim ki, görəsən, necə
olacaq, şəhərin sakitliyindən ayrılıb döyüş
bölgəsinə
gəlmişdim. Yəqin çətin olacaq. Buradan
düşmənlə
aramızda bir balaca təpə var idi. Bu vaxt bir
əsgər
qarşıma qaçaraq məruzə etdi və məni yüksək
rütbəli məmurların gözlədiyini bildirdi.
Ətrafımdan
keçən insanlara baxaraq əsgərin ardınca otağa
doğru gedirdim. Bir neçə dəqiqə sonra otağın
qarşısında dayandıq. Əsgər qapını döyərək
icazə
istədi və mənim gəlişim haqqında içəridə
olanlara
məruzə etdikdən sonra içəri keçmək barəsində
yüksək səslə çağırış eşitdim. Sonra ardımca
qapı
bağlandı və mən iki mayor rütbəli şəxslə üz-
üzə
dayandım. Əsgər artıq getmişdi. Salam verib
özümü
təqdim etdim və haradan gəldiyim haqqında
onlara
məlumat verdim. Biraz yaşlı olan və saçları ağ
olan
mayor əlindəki kağızların mənim haqqımda
olduğunu bildirdi və oturmağımı istədi. Keçib
yan
tərəfdə əyləşdim. Çantamda lazım olan əşyalar

siqaret qutusu var idi. Bir neçə dəqiqə sadəcə
səssizlik olduğu halda mən hələ də
barmaqlarım ilə
çantamın ipləri ilə oynayırdım. Birdən mənim
haqqımda kağızları vərəqləyən mayor asta səslə
danışmağa başladı:
- Sabah günorta şəhərə maşın gedəcək,
istəsən,
geri qayıda bilərsən - dedi.
- Xeyr, yoldaş mayor, mən bura öldürməyə
gəlmişəm, qaçmağa yox - dedim və düz digər
zabitin gözümün içinə baxdığı kimi mən də
onun
gözlərinin içinə baxdım.
Telefonla kimisə çağırdığı zaman biz hələ də
bir-
birimizə ciddi şəkildə baxırdıq. Onun gözlərində
üsyan, əzab, ölüm, kədər və biraz da, bəlkə də
lap
zərrə qədər sevgi var idi. Lakin insan onun
baxışlarında qar kimi əriyirdi. Qapı açılan kimi
mən
cəld o tərəfə çevrildim. Məni buraya gətirən
əsgər
idi. Mənimlə danışan mayor ona yatağımı və
əşyalarımı, silahımı təhvil almaq və hansısa
qrupun
uşaqlarına xəbər verilməsi haqqında əmr verdi

getmək barəsində əli ilə qapını göstərdi. Ayağa
qalxıb oradan uzaqlaşmaq istəyirdim ki, heç
danışmayan və gözlərimə səssiz baxan digər
mayor
bir cümlə deyib susdu. Sözü isə belə oldu.
- Əgər öldürməyə gəlmisənsə, mütləq öldür.
Çox
insanı məhv edib o şərəfsizlər. Sadəcə xahiş
edirəm, ölmə. Bu həm əmrdir, həm də xaiş. İndi
isə, gedə bilərsən.
Hava çox buludlu idi. Havada soyuq və şaxta
da
var idi. Silah səsləri isə kəsilmirdi. Mən
otağımda
əşyalarımı yığdığım vaxt üç yaralı gətirdilər.
Rütbəm baş leytinant idi. Hərbi akademiyanı
digər
ölkədə bitirdim və ölkəmdə müharibə başladı
deyə
davam etdirmək istəmədim. Geri dönüb birbaşa
nazirliyə yollandım. Rütbəmi və sənədlərimi
təsdiq
edəcək sənədləri onlara verdim. Bir gün sonra
sərhəd bölgəsinə yola düşdüm. Oradan isə
məni
bura göndərdilər. Hər şeyi səliqəyə salıb həyətə
çıxdım. Əsgərlərin arasında xoşbəxt olmaq və
yaşamaq hissi çox gözəldir. Hər kəsin bir dərdi
var,
adına Vətən deyilir. Onlar ağacın altında oturub
söhbət edirdilər. Yəqin mənim qrupum bu
uşaqlar
idi. Yavaş addımlarla onlara yaxınlaşırdım ki, bir
əsgər gördü və digərlərinə xəbər verdi. Hər kəs
ayağa qalxaraq hərbi salam verdi. Azad
komandası
verildiyində sıranın sonunda bir qız gördüm.
Əsgər
paltarında, belində silah və balaca boylu bir qız.
Düşünmək istəsəm də alınmadı. Həmin qızı
yanıma
çağırdım. İçimdə üsyan və nifrət var idi. Belə
vaxtlarda döyüş yerində bu yaşda qız nəyə
gərəkdir. Əsgərlik kişilik üçündür deyə böyüdük
biz.
Bəs nə oldu, qarşımda bir qızın dayanması nə
demək sayılardı. Cavabım yox idi. Sadəcə çox
əsəbi halda onun kim olması və buraya niyə
gəldiyi
haqqında soruşmaq istəsəm də, digərləri
qarşısında
edə bilməzdim. Həmin gün qrupum ilə tanış
oldum.
Aralarında yaş baxımından məndən böyük
olanlar
çox idi. Silahımız və əhəmiyyətli yerimiz var idi.
Döyüş yoldaşlarımın mənə rütbəmə görə
səslənməsini qadağa etdim və adım ilə
çağrılmanı
lazım bildim. Onlar ölümdən qorxmurdular.
Gecə düşmüşdü. Budur, ilk güllə səsləri eşidildi.
Həyəcan siqnalı verildi. Köməkçim mənə hücum
olunduğu barəsində məlumat verdi. Rabitə ilə
bizdən çox da uzaq olmayan dağın zirvəsində
yerləşən döyüşçülərdən nə baş verdiyi haqqında
məlumat istədim və onlar elə də qorxulu
hadisənin
olmadığı barəsində bizə məlumat verdilər.
Sadəcə
adi atışma idi. Mərkəzə məlumatı özüm verdim

biz həmin gecəni yuxusuz keçirdik. Səhərimiz
ilk
olaraq atışma səsi ilə qarşılandı və cavab atəşi
verildiyi an qarşı tərəf susdu. Burada hər kəsin
içində gülüş və xoşbəxtlik ölmüşdü. Nədənsə
məhz
belə idi. Birdən ağlıma dünən sırada gördüyüm
qız
gəldi və onu mənim üçün ayrılmış, həmçinin
bayraq
olduğu otağa çağırılması üçün köməkçimə
tapşırıq
verdim. Yarım saat keçmişdi ki, əsgər və onun
arxasınca balaca boylu o qız qapının önündə
içəri
keçmək üçün gözləyirdilər. Qız içəri keçən kimi
əsgər qapını bağladı və gözdən itdi. Əyləşmək
üçün
ona işarə verdim. Saçları qısa olan, əsgər
paltarı
səliqəli olan bir qız ilə eyni vətəndə olmaq
insanı
elə sevindirirdi ki, lakin döyüş meydanında güllə
hər
kəsin canını alır.
- Adın nədir, əsgər?- deyəndə gülümsədi. Yəqin
ki,
əsgər sözünə görə idi. Müraciətim xoşuna
gəlmişdi.
- Yoldaş baş leytinant, adım Könüldür- dedi və
başını aşağı salaraq səssiz qaldı.
- Könül, səni buraya kim göndərib, belə
vaxtlarda
sənin ailən ilə olmağın gərəkdir, amma sən
buradasan. Axı evinizdə bir kişi olmadı ki, sənə
mane olsun - deyib siqaret qutusundan bir
siqaret
çıxardıb yandırdım.
- Yoldaş baş leytinant, mənim 18 yaşım var və
biz
üç bacıyıq. Atam isə xəstədir. Buraya
gəlməyimin
əsas səbəbi də məni bura nişanlımın
çağırmağıdır
– dediyi zaman bu yaşa kimi həyatımın ən
nifrətli
insanı oldum. Nişanlısı yəqin burada əsgərdir,
məgər belə vicdansızlıq olarmı. Axı onun ailəsi
yanında olmasıdır. Atasına və anasına qulluq
etmək
vaxtıdır. Lakin nişanlısı onu güllə altına çağırıb.
Hər
gün atışma, ölüm, yaralanan əsgərlərin ağrıya
tab
gətirməsi üçün yalvarışı bir kişinin öz nişanlısını
buraya gətirməsinə mane olmayıbmı?. Lənət
şeytana, belə şey olmazdı.
- Könül, elə bü gün sənin sənədlərini yazıb geri
göndərəcəyəm və sənin nişanlını da lazım olan
kimi
başa salacağam - deyib telefon dəstəyinə əl
atdım
ki, şəhərə maşın gedəcəyi barəsində tapşırıq
edim.
Bu an Könül cibindən parça çıxardıb səliqəli
şəkildə
açdı. - Yoldaş baş leytinant, baxın, məni buraya
nişanlım çağırıb. Yəni bu torpaq, Vətən,
ölənlərin
qisası çağırıb - deyərək ovcunda tutduğu
torpağı
mənə göstərdi. Baxın, budur mənim nişanlım,
məni
çağıran sevgilim bu torpaqdır.
Susmuşdum. Axırıncı dəfə nə vaxt belə
susduğumu
xatırlamasam da sadəcə susmuşdum. Hətta
ağlamışdım. Həmin gün düşmən tərəfindən
atılan
bütün güllə səslərinə belə fikir vermədim.
Sadəcə
susmuşdum. Həmin söhbətdən üç gün sonra
Könül
həlak oldu. Partlayış nəticəsində həlak olan
sonuncu müqəddəs. Hər kəsin bacı dediyi, yaşı
az
olsa da, ruhu və əməlləri çoxunda olmayacaq
bir
qəhrəman şəhid olmuşdu. Mən isə ovcundakı
sevgilisini xatırlayıram. Qınayıram özümü. Gərək
onu tez geri göndərərdim. Bilmirdim ki, bir-
birilərini
çox sevirlərmiş. Sadəcə bilmədim və məğlub
oldum.


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+19=
Hesaba giriş
Müəllif

Elnur Vahidzadə
Haqqında
İnsanlar adlanan varlığın , insan görmədən yaşamağı axtaran bir adəmdən sonrakı nəfəsəm. Düşündüyüm gecələr gördüyüm ağrılar olur. Adətən hər yazı və şeir sonrası mən özümü axtarıram və səmada doğuluram.
Əlaqə
E-mail:
corc.ourel@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0309 saniye