(özünə təskinlik verib, ovutma....)
Keçər deyib, ayran qatma aşına,
Əldə barmaq, bir-birinə oxşamır....
Əbəs yerə heç kim vurmaz başına,
Teldə qarmaq, bir-birinə oxşamır....
Bu dünyaya yumruq sıxıb, gələrik,
Əli göydə, baş alovlu gəzərik,
Gedəndə də göz yumulu gedərik,
Üstə torpaq, bir-birinə oxşamır....
Ustac deyər, söz gələn yer naməlum,
Yaradan de, ya Tanrı de, ya Qəyyum,
Dədələrin ibrətindən bu məlum;
Xəstə, dabaq bir-birinə oxşamır....
18.05.2014 / Bakı