Oxuduqlarımız kiməsə görə, yoxsa özümüz üçündür?
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 13:20 20 yanvar 2016 tarixində əlavə olunmuşdur

Sevindirici haldır ki, son zamanlar kitab oxuyanların sayı artıb. Düzdü hələ ki, səviyyə tam da istənilən şəkildə deyil, amma buna baxmayaraq ötən illərlə müqayisədə bir xeyli irəliləyiş göz qabağındadır. Xaricdə çoxdan inkişaf etmiş, bizdə də yavaş – yavaş inkişaf edən vətəndaş jurnalistliyi, bloqçuluq, köşə yazarlığı ilə məşğul olanların, yazı yazanlarında sayı artır. Bu hal çox sevindirici haldır. Yaxşı bəs bu qədər artımda hamımı gözəl yazıçıdır və ya oxuduqları kitabları düzgün seçə bilirmi? Nə üçün oxuyuruq? Birinci bu sual bizi maraqlandırmalıdır. Oxudum bəs nə əldə etdim? Oxumuş halımla oxumamış halımda elə də dəyişiklik olmurmu? Yoxsa elə olmamalıydımı? Olan dəyişiklik özümü kiminsə yanında mən çox oxumuşam, mən çox bilirəm, məndən yoxdu kimi şüarlar səsləndirib, təkəbbürlük,özündən razılıq nümayiş elətdirmək üçündürmü? Biz kitabı çox vaxt oxumağın gözəl olduğunu eşitdiyimiz üçün oxuyuruq, kitab oxuyanları bilikli kimi qiymətləndirdikləri üçün. Bəzi hallarda isə bəzi oğlanlar qızlara, bəzi qızlarsa oğlanlara daha xoş görünmək üçün oxuyur. Seçdiyimiz kitablar daha önəmlidir. Çox vaxt bizə lazım olandan çox hansı ilə daha çox lovğalana bilərik oları oxuyuruq. Oxumuşuq, indi neyləməliyik? Lovğalanmalıyıq. O gün bir kitabda oxudum filan şey filan idi. Mən kitabsız qalammıramzad… Əzizim, normalda əgər insan kitab oxumağın onun inkişafına təsirini anlasa, mütaliənin təfəkkürünü inkişaf etmək də necə böyük yardımçı olduğunu anlasa onsuz da o, kitabsız yaşaya bilməz… Ağac bar verdikcə başını aşağı salar – atalar deyir. Boş qazandan səs gur çıxar, əzizim. Kiminsə yanında hörmət sahibi olmaq istəyirsənsə oxuduğun kitabların sayını,adlarını və ya yaddaşında ilişib qalmış fikirləri söyləmək əvəzinə o fikirlərdən fikirlər sintez edib cəmiyyətə təqdim elə… Cəmiyyət işlənmiş fikirləri onlara təqdim edib, gözəl sözlərlə bəzədiyin üçün səni bir müddət sevəcək, ama sonra sən yaddaşlarından silinəssən. O fikirlər isə ilkin müəllifləri ilə xatırlanacaqlar, səninlə yox.. Dahi insanlar elmdən elm sintez etməyi bacarmalıdır, əsl yazarlar bütün zamanlarda aktuallığını qoruyub saxlayan yazılara, əsərlərə imza atmağı bacarmalıdır… Yazarın məqsədi xoş sözlərlə kimlərinsə qəlbini oxşayıb müvəqqəti oxu kütləsi yığmaq olarsa, o ara yazıçısı kimi tanınmaqdan başqa heçnə əldə etməyəcək.. Oxuduqlarımız da çox vaxt bunun üçündür. Nələrsə yazmaq üçün. Bir qədər dəyişilmiş versiyalar, budur yeni ad və yeni şəkildə qarşımızdadır… Kitab oxuyarkən əsas bu kitabı oxuduqda nələr əldə edə bilərəm? Sualını vermək məncə pis olmazdı. İkinci, lazım gəlmədiyi müddətcə bu oxuduğum kitabların sayını,adlarını kiminsə bilməyi çoxmu vacibdir, onu anlamalıyıq. Artıq sağlam təfəkkür, sağlam fikir oxuduğun kitabların sayı ilə müəyyənləşdirilir. Kimsə çox kitab oxumayıbsa onun düz fikri, çox kitab oxuyanın yanlış fikri qarşısında diqqətdən kənar qalır bəzən. Niyə? Axı oxuduqlarımız bizə düzlə yanlışı ayırmaqda kömək etmirsə onda nə fayda oları oxumağın? Əgər o oxuduğumuz yüzlərlə kitab insan nüfuzunun tam ayrı bir şey, doğruları söyləməyin tamam ayrı bir şey olduğunu anlatmaqda acizdimi bizə? Çox kitab oxumaq əsas deyil, əsas olan oxuduğun kitab üzərində nə qədər təfəkkür elədiyindir… Əsas problemlərdən biridə oxuduqlarımız özümüzün kiminsə yanında fərqlənməyimiz üçündür sanki. Sözsüz ki, sən oxuyursansa digərlərindən bir xeyli fərqlənirsən. Bundan istifadə isə şəxslərə görə dəyişir. Kimisi oxuduğunu kiməsə nümayiş üçün danışır, kimisi isə kimisə maarifləndirmək üçün… Bu ona bənzəyir ki, 2 şəxs dostuna maşınının mexanizmindən, quruluşundan,ayarlarından danışır. Birinci şəxs paxıl, kinli, mənfəətpərəst biridir. Onun bu maşın haqqında danışmağı yoldaşının yanında özünügöstərmək, imkanını gözə soxmaq və bunları bildiyi ilə qürrələnib, bunları sən bilmirsən mesajını verməsinə bənzəyir. İkinci şəxs isə bunları danışmaqla onunda maşınla bağlı biliklərinin artmasına,bunun maşın əldə edibsə onunda əldə edə biləcəyinə qarşı inamın yüksəldilməsinə xidmət edən danışıq sərgiləyə bilər. Görünüş baxımdan iş eyni iş ola bilər. Amma mahiyyət baxımından tamam fərqlidir… Bu anlamda kitab oxuyanlar,yazılar yazanlar, əsərlər yaradanlar bu tip amilləri nəzərə almalıdır… Ey həmvətənlim, əzizim və əgər mümkünsə demək kolleqam, cəmiyyətində sənin üzərində olan haqqı onu yanlışlıqlardan təmizləmək, oxuduqlarını kimlərəsə çatdırmaq, elmdən elm istehsal edib cəmiyyətdəki elmi düşüncənin tərəqqisinə xidmət etməkdir. Əgər bunlar olarsa oxuduqlarımız kiminçünsə yox özümüz üçün olar. Çünki biz cəmiyyətin bir hissəsiyik və əslində cəmiyyətin güzgüsü sayılacaq biriyik bəzi hallarda… Biz cəmiyyətin özüyük. Cəmiyyəti düzəltmək istəsən birinci güzgüdə gördüyün şəxsdən başla…

Ağaəhməd Göyüşov (təlimçi)


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+10=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0253 saniye