Oyanın
Muzafferus tərəfindən "Esse" bolməsinə 10:33 17 iyul 2017 tarixində əlavə olunmuşdur

Yaxşı, razıyam.  Mən qorxaqam, amma açığı sizdə qorxaqsız.  Bəli, mən ölmüşəm, mənim duyğularım yoxdu, axı sizin də duyğularınız yoxdu. Özünüzə gəlin. Özünüzə gəlin. Oyanın.

Oyanın. Günəş çıxmaq üzrə, bəlkədə çıxıb. Oyanın. Təbəssüm vaxtıdı. Qorxmaq vaxtıdı. Tək olduğumuzu hiss eləmək vaxtıdı. Təklikdən qorxmaq vaxtıdı. Gülümsəmək lazımdı həm də. Qorxaqlığımıza gülmək. Sonra diyanmaq. Ağlamaq.

Hə indi ağlamaq vaxtıdı. Ağlayın. Doyunca ağlayın. Və ya, ağlayan birini gördüzmü, susun, boş yerə danışmayın. Kəlimələrin əvəzinə qucaqlayın, qoyun doyunca ağlasın. Qucaqlayın, mehriban olun, kədərlənin. Qorxun. Sonra gülümsəyin. Gülümsəyin, təbəssüm olsun üzünüzdə, gülüşünüzün səsi ağlayanın üzünə sığal çəkib göz yaşlarını silsin yanaqlarından. Sonra utanın, qızarsın yanaqlarınız. Gülün. Səsslicə gülün. Sonra sizə gülənlərə nifrət edin. Əsəbləşin.

Nifrət edin, sonra sevin. Sevin, sevginizi göstərin.

Özünüzə gəlin. Gizlətməyin.

İnanın. İnanın və sonra sizə inanalara yalan danışın. Aldadın. Xəyanət edin. Sonra üzülün, yalvarın. Sonra bağışlayın, səmimiyyət göstərin, qucaqlayın.

Sevin, nifrət edin, bağışlayın, yalan danışın, qorxun, gülümsəyin. Amma artıq duyğulanın. Boş durmayın. Nəsə bir şey edin. Gizlətməyin. Duyğulanın. Duyğular qəlbdəndir. Duyğulanın. Qəlbinizə enin, çünki hər şey oradadır. Lütfən, duyğulanın. Oyanın.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+20=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
muzefferpasazade@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0289 saniye