OYNADIN QƏLBİMLƏ OYUNCAQ KİMİ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 19:07 23 noyabr 2018 tarixində əlavə olunmuşdur

Yaddaşım çatanda hərdən dadıma,

Ötüb keçən günlər düşür yadıma.

Bir vaxt sığınmışdın mənim adıma

Durmuşdum axanda sənin dağ kimi!

 

Adını çəkəndə mən dönə-dönə,

Deyirdim, əzizsən canımdan mənə.

Yaman inanmışdım nədənsə sənə,

Əsirdim üstündə hey yarpaq kimi!

 

Azaldı anbaan məndən diqqətin,

Səni dəyişdirdi öz təbiətin...

Əgər yox idisə gizli xislətin,

Bəs, niyə sovruldun toz-torpaq kimi?

 

Mənim xəyalımda qərq oldu yuvam,

Başladı bəxtimlə savaşım-davam.

Sən fəndkir-çoxbilmiş, mənsə bir avam,

Oynadın qəlbimlə oyuncaq kimi!...

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+18=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0227 saniye