Özü ilə qidalanan
Səxavət tərəfindən "" bolməsinə 04:17 27 aprel 2012 tarixində əlavə olunmuşdur

Məncə 40 yaşı olardı.Hə səhv etmirəm, bu il 40 yaşı tamam olmuşdu.Dördbucaqlı otağında başıaşağı dairəvi şəkildə hərəkət edərək düşünürdü.Hal-hazırda yazdığı romanın ardını fikirləşirdi.Ömrünün təxminən 20 ili yazı-pozu işində əriyib getmişdi.Əvvəllər kiçik mənasız hekayələr yazıb qəzetlərə,jurnallara neft qiymətinə satırdı,yaxşı da qazanırdı.Amma son 5-6 ildə vaxtını daha ciddi yazılar yazmağa sərf edirdi(Romandı,poemadı.pyesdi nədi bilmirəm,onları hələ də ayıra bilmirəm).Buna görə də son illərdə acından hər gün ölürdü.Heç kim onun yazdıqlarını başa düşmürdü.Amma bu yazıqlar bilmirdilər ki,onun ölümündən sonra o dahi olacaq.Onsuzda həmişə belə olur,heç kimə sağlığında dahi adı verilmir.Gərək qışda soyuq otağında aclıqdan,xəstəlikdən,tənhalıqdan,qadınsızlıqdan ölsün ki,sonradan onun haqqında danışılanda adı dahi şəxsiyyət kimi hallansın.Son illərdə dostları da nədənsə azalmışdı,heç kim yanına baş çəkməyə gəlmirdi.Ölümündən sonra bir nəfər ortaya çıxacaq və onun kitablarını nəşr edərək pul qazanmağa başlayacaq.Öləndən sonra hamı tərəfindən sevilmək,öləndən sonra dostlarının artması,öləndən sonra milyonlar qazanmaq–yəqin həyatın ironiyası deyilən şey elə budu.Hələ də otağın düz ortasında gözüyumulu vəziyyətdə dairə cızırdı.Heç bir əşyaya da ilişmirdi.Otaqda nə var idi ki,üstündə toz basmış kitablar olan yazı masası,divarda ağzına kimi dolu olan kitab rəfləri,otağın küncündə soba,bir də üçayaqlı çarpayı.Çarpayının dördüncü ayağı qırılmışdı,ayağın yerinə bir yığın kitab qoymuşdu ki,yatanda yıxılmasın.Bir neçə gün idi ki,nəsə özündə deyildi,hey pəncərənin qabağına geçib saatlarla küçədəki maşının faralarında yağışın yağmasına baxırdı,sonra yadına düşürdü ki,axı onun otağında pəncərə yoxdu,sən demə divardakı rəsm əsərinə baxırmış,buna çox üzülürdü,havalandığını düşünürdü.Sonra qarnı acanda qazanın dibini yeməyə başlayırdı,neçə gün idi ki,bu qazanın dibini yeyirdi.Düz eşitdiz qazanın dibini,qazanın dibindəkini yox ha.Elə bilirdi hər dəfə doyur.Bu gün də “şam yeməyini” yeyəndən sonra qəhvə içmək istədi.Boş fincandan bir-iki qurtum içəndən sonra isinmək üçün sobanın yanına yaxınlaşdı.Soba axırıncı dəfə keçən qışda od üzü görmüşdü.Amma o yenə də əlini qorxa-qorxa sobaya yaxınlaşdırıb isidirdi.Çox yaxınlaşdırmırdı ki,birdən tükləri yanar.Nəhayət bu mənasızlıqdan bezib özünü atdı üçayaqlı çarpayısına,ya da birayaqlı çarpayısına,nə bilim özünüz necə istəyirsiz qiymət verin.Bir neçə saat yatdı,oyananda gördü ki,heç nə görmür.Bir neçə dəqiqədən sonra nəsə parıltı gördü,ardınca isə qarageyimli,başı keçəl bir qoca ilə səmadə küləyin üstündə oturub söhbət edirdi.

picture by: Pawel Puczynski


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
7+13=
Hesaba giriş
Müəllif

Səxavət
Əlaqə
E-mail:
sakhavat972@yahoo.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0247 saniye