Özümlə bacarmıram…
Günel Fərhadqızı tərəfindən "Esse" bolməsinə 16:25 20 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bacarmıram özümlə… Ağlım deyən olanda, qəlbimi üzürəm, bir də ki, ətrafımdakı insanları… Üç nöqtə qoyuram, demək istədiyim sözləri deməmək, yazmamaq və susmaq üçün… Bacarmıram özümlə… Qəlbimi dinlədikcə, uçuruma doğru gedirəm, iti bıçağın sanki kəsən tərəfi ilə yeriyirəm, yaralayıram özümü, özümə əzab verirəm… Özümü incidirəm, özümlə bacarmadıqca… Bacarmıram özümlə… Vicdanımı dinlədikcə, gərək heç nə deməyim, etməyim, ətalət qalib gəlsin… Ürəyim partlasın, fikirlərim isə mənə rahatlıq verməsin gərək, vicdanımı dinləyən zaman… Bacarmıram özümlə, məntiqi dinlədikcə, çox ağıllı, soyuqqanlı oluram, kənardan insan yerinə, robota bənzədirlər məni… Məntiq işə düşəndə, müşahidə edirəm, təhlil edirəm, qərarlarım daha aydın, qəti olur… Onsuz da, kimin haqqımda nə düşünməsi mənə maraqlı deyil… Maraqlı olan dost, rəfiqəm, ən əsası ailəmdir… Bacarmıram özümlə… Eqomu dinlədikcə, düşünürəm ki, bu həyatda özüm üçün yaşamalıyam, özümü sevməliyəm… Həyatda başqaları gərək mövcud olmasın… Eqom olan yerdə, başqasına sevgim, bağlılıq, insaf gərək olmasın… Eqo olan yerdə qürur da, varsa əgər… O zaman nə qədər insanlar inciyir məndən, nə qədər qəlblər sındırılır, nə qədər insan üçün pis insan oluram… Bacarmıram özümlə… Sevgim aktivləşəndə, özümü unuduram, o zaman mənə dəyir zərbələr, zəif oluram, kövrəlirəm, inciyirəm, ən son halda, unuduluram, atılıram, sevdiklərim sevmir, bezirlər məndən… Ondansa gərək, mən heç kimi və heç nəyi sevməyim bu həyatda… Sevgisiz yaşamaq mümkün deyil, bilirəm… Amma bacarmalıyam… Bacarmıram özümlə… Bəlkə susum, danışmayım, yazmayım… Heç kim bilməsin, nə düşündüyümü, yaşadığımı, hiss etdiyimi… Bəlkə susum ki, içimdəki təlatümlərdən, fırtınalardan kimsə xəbər tutmasın… Susum ki, üzdə sakit olum, içimdə isə inqilabçı… “Bəlkə” ilə heç nə düzəlmir bu həyatda, “bəlkə” həll etmir insanın taleyini, qəti olmaq lazımdır, bir az da sərt, bacarmaq lazımdır özümlə… Buna borcluyam…


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+23=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
e.gunel@azti.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0318 saniye